İtalyan zərafəti və moda təhsili.

 

İtaliyada moda və dizayn təhsili almaq çox həyəcanverici bir təcrübədir. Xüsusilə buna səbəb ölkənin ən məşhur moda və dizayn markalarına ev sahibliyi etməsidir. Ferragamo, Gucci, Novecento Italiano, Arte Povera, Emilio Pucci, Giorgio Armani, Prada, Dolce & Gabbana, Versace, Fendi, eləcə də MIFUR (Beynəlxalq Dəri və Kürk Fuarı), Salone del Mobile (Milan Mebel Sərgisi) kimi məşhur markalar , Milan Unica (International Italian High Level Textile Fair), Homi (International Home Show), Pitti Immagine və Milan Fashion Week moda şouları kimi nüfuzlu beynəlxalq tədbirlər və yarmarkalar sayəsində moda və dizayn sahəsində kifayət qədər təcrübə qazana bilərsiniz. Florensiyadakı Palazzo Pitti Kostyum Qalereyası və ya Milandakı Triennale Dizayn Muzeyi kimi qaçırılmayacaq qədər gözəl sərgilər də mövcuddur.

Moda və tekstil sənayesi Florensiya iqtisadiyyatının dayaqlarından biridir. 15-ci əsrdə Florensiya bu cür yun və ipək kimi lüks tekstil sahəsində məşhur idi. Bu gün Avropada ən böyük dizaynerlər Toskanada, xüsusilə də Florensiyada tekstil sektorunda çalışırlar.

 

Moda və Dizayn təhsilini niyə məhz İtaliyada almalıyıq?

İtaliyada fərqli şəhərlərdə yerləşən 90 %-ə qədər məşğulluq təmin edən məktəblər, akademiyalar və universitetlər var. Moda və dizayn məktəblərinə əlavə olaraq müxtəlif sənət atelyeləri, yay kursları, qısa və uzunmüddətli kurslar İtaliyada moda və dizayn təhsili almaq istəyən tələbələrə bir çox alternativlər təklif edir. Moda və dizayn tələbələri tekstil, dizayn və illüstrasiya haqqında əsas və texniki məlumatları öyrənərkən,sərgi və təqdimat üsullarını, kompüterdəki naxışların dizaynını, paltar və aksesuarların necə dizayn edildiyini, necə istehsal edildiyini və necə satıldığını öyrənirlər. Bundan əlavə siz burada əlavə olaraq beynəlxalq tələbələr və sosial mühit sayəsində ingilis dilinizi inkişaf etdirəcək və italyan dilini öyrənəcəksiniz.


İtaliyada Moda və Dizayn Təhsili verən Universitetlər

IED (Istituto Europeo di Design) 

1966-cı ildə İtaliyada Francesco Morelli tərəfindən qurulan IED (Avropa Dizayn İnstitutu); moda, dizayn, vizual ünsiyyət və idarəetmə sahələrində təhsil verən özəl dizayn məktəbidir. İtaliyada; Milan, Florensiya, Roma, Venesiya, Turin və Kalyari şəhərlərində olduğu kimi Braziliya və İspaniyada da aktiv şəkildə təhsil verən bir akademik qurumdur.

Polimoda

İtaliyanın sehirli şəhəri Florensiyada bir moda məktəbi olan Polimoda, 1986-cı ildə quruldu. Prada, Christian Dior, Chanel, Céline, Montblanc və Alexander McQueen kimi məşhur markalarla əməkdaşlıq edən məktəb, 2015-ci ildə IFFTI Konfransına (Moda Texnologiyaları İnstitutlarının Beynəlxalq Proqramı) ev sahibliyi etdi.

Istituto Marangoni

1935-ci ildən bəri köklü tarixi olan Marangoni İncəsənət Akademiyası İtaliyanın 1-ci və dünyanın ən yaxşı 8-ci moda məktəbi kimi göstərilir. Mərkəzi Milan şəhərində olan məktəbin Florensiya, London, Paris, Mayami, Şanxay, Şençjen və Mumbay kimi şəhərlərdə bir çox beynəlxalq kampusu var. Akademiya daxilində moda, sənət, dizayn və icra kursları adı altında qısamüddətli kurslar, bakalavr və magistr proqramları tədris edilir.

NABA

Nuova Accademia di Belle Arti (NABA), tələbələri məzun olduqdan sonrakı ilk ildə 90% məşğulluq nisbəti ilə misilsiz bir müvəffəqiyyət əldə etdi. İtaliyanın ən böyük özəl sənət akademiyası olan NABA, 1980-ci ildə qurulmuşdur və hal-hazırda Milan və Romada kampusları var. Müasir texnologiyası ilə tələbələrinə bir çox xüsusi təhsil sahəsi və laboratoriya təqdim edir.

 

Moda və dizayn ixtisası məzunları hansı sahələr üzrə çalışır?

Moda və Dizayn ixtisası məzunları mövsümi meyllərə sadiq qalaraq moda dizaynları edə bilər və ya öz moda üslublarını yaradaraq yeni bir trendə başlaya bilərlər. Bunlara əlavə olaraq stilist, vizual dizayner, marka rəhbərliyi, blogger, moda redaktoru kimi sahələrində özəl qurumlarda iş tapıla bilər və ya akademik yolda irəliləmək istəsələr özləri müəllimlik edə bilərlər.

İtaliyada təhsil aldıqdan sonra alacağınız diplom xaricdə etibarlı olacaqdır. Bu səbəblə öz ölkənizdə işləyə və ya fərqli ölkələrdə müxtəlif seçimlərə sahib ola bilərsiniz. Ancaq hər sahədə olduğu kimi burada da vacib məqam özünüzü inkişaf etdirməkdir. Modanın paytaxtı Milandan və ya digər dəyərli İtalyan universitetlərindən aldığınız təhsil ilə özünüzün yaradıcılıq və istedad sərhədlərini yalnız siz təyin edəcəksiniz.
 

İtaliyada moda və dizayn sahəsi üzrə təhsil xərcləri

İtaliyada moda və dizayn təhsili almaq istəyən tələbələr üçün dövlət universitetlərindən çox özəl universitetlər mövcuddur. Bu səbəbdən də təhsil haqları universitetlərə görə dəyişir. Beynəlxalq tələbələr üçün təhsil haqları təxmini olaraq aşağıdakı kimidir.

 

  • IED, gəlir səviyyəsindən asılı olaraq, İtaliya və AB vətəndaşları üçün ildə 8.800 - 19.200 avro arasında dəyişir. Avropalı olmayan tələbələr üçün illik təhsil haqqı 19.200 € təşkil edir.
  • Polimoda təhsil haqqı ildə 18.000 avrodur.
  • İstituto Marangoninin illik təhsil haqqı AB vətəndaşları üçün 26.700 Avrodur. Olmayanlar üçün isə 28.100 €.
  • NABA üçün illik universitet haqqı 20.200 Avrodur.

 

İtalyan Moda Dizaynerləri

İtaliyada oxuyarkən dünyanın ən məşhur moda dizaynerləri və markalarını daha yaxından tanımaq şansı əldə edəcəksiniz. Ölkədə əsrlər boyu sənət və dizayn sahəsində çoxsaylı islahatlar keçirən məşhur moda dizaynerləri hər kəsdə heyranlıq hissi yaradır. Onlardan bəziləri - Elsa Schiaparelli, Emilio Pucci, Valentino, Dolce&Gabbana, Gianni Versace, Guccio Gucci, Fendi, Giorgio Armani, Prada, Salvatore Ferragamo.

 

 

 

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər