Tələbəmiz Ömər Eyvazovun uğurlu təhsil hekayəsi.

 

Dostlar, bizim üçün çox doğma olan tələbəmiz Ömər Eyvazovun uğurlu təhsil hekayəsini sizinlə paylaşmaq istərdik.

Ömər, International Foundation Programme çərçivəsində güclü akademik göstəricilərinə görə City, University of London tərəfindən 3000 funt sterlinqlik scholarship qazanmışdır. Sadəcə 10 nəfər tələbənin mükafat aldığı bu kateqoriyada Azeri Student tələbəsinin yer alması bizim üçün çox qürurvericidir. Gəlin birlikdə Ömərin qısa müsahibəsinə nəzər salaq.

 

Niyə xaricdə təhsil üçün City, University of London’u seçdiniz?

- Seçim edərkən bir neçə səbəb mənim seçimimdə həyati rol oynadı. Əsas səbəblərdən biri budur ki, Azeri Student mənim kimi beynəlxalq bir tələbə üçün A-Level təhsil almadan Finance at Bayes Business School dərəcəsinə qəbul olma şansı yaratdı. İnternetdə oxuduğum məlumatlar, eləcə də qohumlarım arasında burada təhsil alanlar olduğu üçün seçimimi bir daha qətiləşdirdim.

 

City, University of London ilə təhsil təcrübəsini necə qiymətləndirirsiz?

- Pandemiya səbəbiylə çətin bir il olmasına baxmayaraq, universitet mənə və bütün tələbələrə lazımi köməkliyi göstərdi. İl boyu müəllimlərim bütün akademik problemlərin həllində daima yanımda oldu. Bu da məni dərslərə qarşı daha da həvəsli olmağa motivasiya etdi.

 

Təhsilinizlə bağlı hansı faktları bizim üçün qeyd edə bilərsiniz?

- Əminəm ki, burada təhsil alan bütün dostlarım mənimlə razılaşacaqlar ki, təhsil dövrümdəki ən yaxşı amil mədəniyyət və müxtəliflikdir. Beynəlxalq tələbələrlə birlikdə təhsil almaq, onların həyat tərzləri, keçmişləri, səyahətləri və təcrübələri haqqında məlumatları öyrənmək fantastik bir hiss idi. Başqa danılmaz fakt isə buradakı təhsilin mükəmməlliyidir.

 

Gələcək planlarınız nədir?

- Mən Bayes Business schoola keçərək orada bakalavr üzrə BSc Finance oxumağı planlaşdırıram. Ən əsası çoxlarının burada oxumaq xəyalını mən 16 yaşımda gerçəkləşdirmişəm. Gələcək üçün akademik səyahətimi davam etdirməyi düşünərək İngiltərədə bir işə müraciət etməzdən əvvəl magistr təhsili almağı planlaşdırıram.

 

Ömər kimi bir tələbəni Azeri Student tələbələri arasında görmək bizim üçün çox xoşdur. Ona gələcək həyatında uğurlarının davam etməsini, daha da yüksək akademik nailiyyətlər qazanmasını arzu edirik.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər