Yüklənir...

shape shape shape shape

Böyük Britaniyada işləmək istəyən beynəlxalq tələbələr üçün məsləhətlər

Böyük Britaniyada işləmək istəyən beynəlxalq tələbələr üçün məsləhətlər

Bildiyimiz kimi beynəlxalq tələbələrin təhsil üçün seçdiyi əsas ölkələrin başında möhtəşəm təhsil imkanları ilə Böyük Britaniya gəlir. Eyni zamanda dünyanın ən bahalı ölkələrindən biri də məhz Böyük Britaniyadır.

Elə bu səbəbdən tələbələr təhsil müddətində iş imkanlarını nəzərə almalıdırlar. Burada tələbələr oxuduqları sahə üzrə iş tapa bilməsələrdə, qarsonluq, çağrı mərkəzi operatoru, satıcı kimi sahələrdə çalışırlar.

Bəzi məhdudiyyətlər olsa da tələbələr üçün geniş iş imkanları mövcud olan sahələr:

 

  • Biznesi idarə etmək

  • Peşəkar idmançı və ya məşqçi kimi işləmək

  • Tam gün daimi iş

  • Bir həkim və ya diş həkimi olaraq çalışmaq

 

Tələbələlər gün ərzində neçə saat işləyə bilər?

Dil məktəbi şagirdləri: Heç bir halda iş icazəsi yoxdur.

Universitet tələbələri: Bütün tələbələrin təhsil alarkən həftədə 20 saat işləməsinə icazə verilir. Məzun olduqdan sonra isə 2 il müddətində iş icazələri tam iş günü aktiv olur.

Magistr tələbələri: Təhsil müddətində həftədə 20 saat işləyə bilərlər. Bundan əlavə, tələbələr məzun olduqdan sonra 2 illik iş icazəsinə sahibdirlər.

 

Ümumi iş saatlarını qeyd etsək də, hər tələbə üçün icazə şərtləri və təhsil alarkən işləyə biləcəyi maksimum saat vizalarında qeyd olunur. Tələbələr iş axtarmadan öncə viza məlumatlarını diqqətlə yoxlamalıdırlar. Əks halda xoşa gəlməz problemlərlə qarşılaşa bilərlər.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın