Yüklənir...

shape shape shape shape

Brunel University

Brunel University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £17,665+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-50
  • QS reytinqi: 301-350
  • Qəbul tələbi: IELTS 6.0+, TOEFL 77+

 

Ətraflı məlumat

1966-cı ildə təsis edilən Brunel Universiteti Londonun qərbindəki Uxbridge bölgəsində yerləşir. Mühəndislik, biznesin idarə edilməsi, sosial elmlər və incəsənət də daxil olmaqla geniş bakalavr və magistr proqramları təklif edən universitet güclü akademik strukturu ilə dünyanın ən nüfuzlu universitetlərindəndir.

Brunel Universitetində elmi tədqiqatlarda və innovativ layihələrdə mühüm töhfələr vermiş bir çox məzun var. Bunlara bioloq Naomi Çayen, bioloq və genetik Keith Matthews və mühəndis Con O'Reilly daxildir. Bu güclü akademik struktur və geniş məzun şəbəkəsi universitetin nüfuzunu daha da artırır.

Universitet hər il 110-dan çox ölkədən 15.000-ə qədər tələbəni qəbul edir.

Brunel Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Engineering: Aerospace Engineering BEng/Meng, Automotive Engineering BEng/Meng, Civil Engineering BEng/MEng
  • Business and Management: Business and Management BSc, Accounting and Business Management BSc
  • Science: Computer Science BSc, Biomedical Sciences BSc

Magistratura tədris pilləsi üçün:

  • Engineering and Design: Advanced Manufacturing Systems MSc, Sustainable Energy MSc
  • Business and Management: Marketing MSc, Human Resource Management MSc
  • Health and Life Sciences: Public Health and Health Promotion MSc, Occupational Therapy MSc

Doktorantura tədris pilləsi üçün:

  • Engineering and Design: PhD in Aerospace Engineering, PhD in Mechanical Engineering, PhD in Civil Engineering
  • Business and Management: PhD in Business and Management, PhD in Marketing, PhD in Human Resource Management
  • Health and Life Sciences: PhD in Computer Science, PhD in Biomedical Sciences, PhD in Public Health and Health Promotion

Bu proqramlar Brunel Universitetinin ən məşhur proqramlarının bir hissəsidir. Tədris proqramları və ixtisasla bağlı ətralı məlumat üçün universitetin rəsmi saytına keçid edə bilərsiniz.

Brunel Universitetinin ortalama təhsil haqqı

Brunel Universitində bəzi ixtisasların imtahanları üçün əlavə ödəniş tələb olunsa da, ortalam təhsil haqqı bakalavr proqramları üçün 17,665-19,855 £ aralığında, magistratura proqramları üçünsə 18.410 £-dən başlayaraq 21.470 £-a qədərdir.

MBA proqramları üçünsə illik təhsil haqqı ortalama £24,750-dir.

Təhsil haqqı proqram və tədris pilləsindən aslı olaraq dəyişdiyi üçün ödənişlərlə bağlı dəqiq məlumatı Brunel Universitetinin rəsmi saytından ala bilərsiniz.

Qəbul üçün lazım olan sənədlər

Bakalavr tədris proqramı üçün:

  • Ərizə forması: UCAS (Universities and Colleges Admissions Service) vasitəsilə hazırlanır.
  • Akademik transkript: Attestat və onun transkripti.
  • Dil sertifikatı: IELTS 6.0+ və ya TOEFL 77+ tələb olunur.
  • Referans məktubları: 2 referans olmalıdır.
  • Motivasiya məktubu: Müraciət etmə səbəbinizi və məqsədlərinizi ətraflı izah etməlisiniz.
  • Pasport: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.
  • Əlavə sənədlər: Bəzi proqramlar üçün əlavə sənədlər tələb oluna bilər. Məsələn, “Department of Arts and Humanities” proqramları üçün portfolio təqdim edilməlidir.

Magistratura proqramları üçün:

  • Ərizə forması: Universitetin rəsmi saytında yerləşdirilən ərizə.
  • Akademik transkriptlər: Bakalavr diplomu və transkript.
  • Dil biliyi: IELTS 6.5+ və ya TOEFL 90+ tələb olunur.
  • Referans məktubları: 2 ədəd akademik və ya peşəkar istinad məktubu.
  • Motivasiya məktubu: Müraciət etmə səbəbinizi və tədqiqat maraqlarınızı izah edən məktub.
  • CV və ya Resume: Akademik və peşəkar keçmişi ümumiləşdirən sənəd.
  • Pasport: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti.
  • Əlavə sənədlər: “Department of Arts and Humanities” proqramları üçün portfolio və “Business and Management BSc” bəzi proqramlar üçün iş təcrübəsi sənədləri tələb oluna bilər.

Doktorantura proqramları üçün:

  • Ərizə forması: Universitetin rəsmi saytında yerləşdirilən ərizə.
  • Akademik transkriptlər: Bakalavr və magistr diplomu və transkript.
  • Dil biliyi: IELTS 6.5+ və ya TOEFL 90+ tələb olunur.
  • Referans məktubları: 2, bəzi proqramlar üçün 3 ədəd akademik və ya peşəkar istinad məktubu.
  • Motivasiya məktubu: Müraciət etmə səbəbinizi və tədqiqat maraqlarınızı izah edən məktub.
  • Tədqiqat təklifi: Tədqiqat mövzusunu, metodologiyasını və məqsədlərini təfərrüatlandıran sənəd.
  • CV və ya Resume: Akademik və peşəkar tarixinizi ümumiləşdirən sənəd.
  • Pasport: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti.
  • Nəşrlər: Əgər varsa, əvvəllər dərc olunmuş kitab və ya məqalələriniz.

Brunel Universitetinin təqaüd imkanları

Universitetdə 100-dən çox təqaüd imkanları mövcuddur ki, tələbələr bu təqaüdlərdən yararlanmaqla maddi çətinlik çəkmədən təhsil ala bilərlər.

Brunel Universitetinin təklif etdiyi təqaüdlərdən bəziləri bunlardır:

Chevening Scholarships

İngiltərə hökuməti tərəfindən maliyyələşdirilən və yüksək akademik göstəriciləri olan tələbələrə verilən təqaüddür.

Proqram təhsil haqqı, aylıq yaşam xərcləri, gediş-dönüş səyahət bileti və müxtəlif digər xərcləri qarşılayır.

Commonwealth Scholarships

Birləşmiş Krallıq hökuməti tərəfindən təmin olunan təqaüd təhsil haqqı, yaşam xərcləri, səyahət bileti və tez ödənişi kimi müxtəlif xərcləri qarşılayır.

Santander Mobility Awards

Səyahət və yaşam xərcləri üçün maliyyə dəstəyi verir.

Brunel International Scholarships

Brunel Universitetinin beynəlxalq tələbələrə yönəlik təqdim etdiyi bu proqram təhil haqqında endirimi əhatə edir.

MBA Scholarships

Brunel MBA proqramına müraciət edən yüksək göstəricilərə sahib tələbələrə yönəlik proqramdır.

Proqrama müraciət edən tələbənin akademik və peşəkar göstəricilərinə əsasən təhsil haqqında endirim edilir.

Dean's International Scholarship for Business and Management

“Business and Management” proqramlarına müraciət edən beynəlxalq tələbələrin akademik göstəricilərinə uyğun olaraq təhsil haqlarına endirimi əhatə edir.

Sports Scholarships

İdman sahəsində göstəriciləri olan tələbələrə verirlir. Təqaüd çərçivəsində tələbələrin təhsil haqlarına endirim olunur və kampusdakı bütün idman mərkəzlərindən istifadə haqqı əldə edirlər.

Doctoral Research Scholarships

Doktorantura tələbələrinə verilən bu təqaüdlər tam və ya qismən təhsil haqqı dəstəyi, araşdırma xərcləri üçün maliyyə dəstəyini əhatə edir.

Bu proqramlar onlarla təqaüdün bir hissəsidir. Universitetdə mövzud olan təqaüd proqramları haqqında ətraflı məlumat üçün sayta klikləyə bilərsiniz.

Brunel Universitetində tələbə həyatı

London Brunel Universitetində tələbə həyatı zəngin və dinamikdir. Universitetin Uxbridgedəki kampusu tələbələrin akademik və sosial həyatlarını tam şəkildə yaşaya bilmələri üçün hər cür şəraitlə təchiz olunub.

Kampusda müasir kitabxana, idman zalları, laboratoriyalar və tələbələrin müxtəlif fəaliyyətlərlə məşğul olmaları üçün hər bir şəraiti mövcuddur.

Eyni zamanda universitet 100-dən çox tələbə klubu və birliyi ilə geniş sosial fəaliyyətlər təklif edir. Bu klublar idmandan incəsənətə, musiqidən elmə qədər müxtəlif sahələrdə fəaliyyət göstərir ki, bu da tələbələrin öz maraqlarına uyğun fəaliyyətlərdə iştirak edə bilmələrinə imkan yaradır.

Siz də Birləşmir Krallığın TOP-50 universiteti arasında yer alan Brunel Universitetində təhsil almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın!

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test