Yüklənir...

shape shape shape shape

Collège et Lycée Saint Charles

Collège et Lycée Saint Charles

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $ 55. 000
  • Liseyin reytinqi: 4
  • Qəbul üçün əsəs şərt: İELTS 5.5

 

Ətraflı məlumat

Collège et Lycée Saint-Charles İsveçrənin Jura kantonunda, Porrentruy şəhərində yerləşən prestijli məktəbdir. 1897-ci ildə təsis edilmiş bu məktəb, həm gündüz, həm də yatılı formada tələbələri üçün beynəlxalq və ikidilli təhsil təklif edir.

Saint-Charles məktəbi, gözəl təbiət mənzərələri ilə əhatə olunmuş kampusunda tələbələrə fərdi diqqət göstərərək, onların tam potensialını inkişaf etdirmələrinə kömək edir. Məktəbdə dərs otaqları müasir texnologiyalarla təchiz olunmuş, məktəblilərin aktiv və maraqlı vaxt keçirmələri üçün hər bir şərait yaradılmışdır.

Collège et Lycée Saint Charles-ın təhsil verdiyi sahələr

Collège et Lycée Saint Charles, müxtəlif təhsil sahələri üzrə tədris aparır. Bu sahələr, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun olaraq müxtəlif sahələrdə geniş biliklər əldə etmələrinə imkan yaradır.

  • Sciences Naturelles- Biologie, Chimie, Physique, Mathématiques
  • Sciences Sociales- Histoire, Géographie, Économie, Philosophie
  • Langues- Français, Anglais, Espagnol, Allemand
  • Lettres- Littérature Française, Littérature Étrangère, Latin, Grec Ancien
  • Arts- Arts Plastiques, Musique, Théâtre
  • Technologie- Informatique, Sciences de l'Ingénieur

Məktəbdə mövcud olan proqramların siyahısı ilə tanış olmaq üçün Collège et Lycée Saint Charles rəsmi veb-saytını ziyarət edə bilərsiz.    

Collège et Lycée Saint Charles-da ortalama təshil haqqı

Collège et Lycée Saint Charles-da təhsil haqqı təhsil sahəsi və təhsilin yatılı olub-olmamasından asılı olaraq dəyişir. 

Ödənişlər fərqli olsa da, ortalama $ 55.000 – 92.000 aralığındadır.

 Qəbul üçün lazım olan sənədlər

  • Transkripti: Orta məktəbdə olan bütün qiymətlərin göstərildiyi transkript. 
  • Müsahibə: Qəbul prosesinin bir hissəsi olaraq, tələbələr və valideynlərlə fərdi müsahibələr aparıla bilər. Bu müsahibələrdə tələbənin motivasiyası, hədəfləri və məktəbin dəyərlərinə uyğunluğu qiymətləndirilir.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti. 

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi 5.5 bal
  • TOEFL: Minimum ümumi bal 79 bal

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Collège et Lycée Saint Charles-ın üstünlükləri

Collège et Lycée Saint Charles bir çox üstünlüklər malikdir ki, bu da onu İsveçrənin ən prestijli təhsil müəssisələrindən biri edir.

Akademik standartlar: Saint-Charles yüksək akademik standartlara malikdir və tələbələrin həm akademik, həm də şəxsi inkişafını dəstəkləyir. Məktəb, şagirdlərinə dünya səviyyəli təhsil verərək onların gələcək uğurlarına zəmin yaradır.

Tarixi və mədəni irs: Məktəb zəngin tarixi və mədəni irsi ilə seçilir. 1897-ci ildə qurulmuş bu müəssisə, illər boyu formalaşmış təhsil ənənələri ilə məktəblilərin intelektual və mədəni inkişafını təmin edir.

Beynəlxalq təhsil proqramları: Saint-Charles beynəlxalq səviyyədə tanınan proqramlar, o cümlədən Beynəlxalq Bakalavriat (IB) proqramını təklif edir. Bu proqramlar tələbələrin qlobal miqyasda rəqabətdə üstün olmalarına səbəb olur.

Dil təhsili: Məktəbdə tələbələr fransızca və ingiliscə təhsil ala bilirlər. Bundan əlavə, məktəb bir neçə digər dil tədris edir ki, bu da tələbələrə çoxdilli olmaları və beynəlxalq əlaqələri zamanı dil problem yaşamamaları üçün böyük üstünlük verir.

Sosial və mədəni fəaliyyətlər: Məktəbdə müxtəlif sosial və mədəni tədbirlər təşkil olunur. Bu fəaliyyətlər şagirdlərin sosial bacarıqlarını, liderlik qabiliyyətlərini və şəxsi inkişafını dəstəkləyir​.

Collège et Lycée Saint Charles haqqında ətraflı məlumat və təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın