Auburn Universiteti - Alabama ştatının Auburn şəhərində yerləşən nüfuzlu və tanınmış bir dövlət araşdırma universitetidir.
30.440 tələbəsi, 1.200 müəllim və təxminən 6.500 inzibati heyəti olan Universitet, Alabamada ikinci, ABŞ-ın ən böyük təhsil müəssisələrindən biridir.Humanitar, tibb, biznes, sənaye və digər sahələrdə mütəxəssislər yetişdirir.
Məzunlar Apple, AT&T, BMW, CIA, Coca-Cola, Delta Airlines, General Elecrtic, Honda, NASA, Ralph Lauren, Target və digər böyük şirkətlərdə işlə təmin oluna bilirlər.
Tələbələrə 140 bakalavr və 160 magistr proqram təkliflıri var.
Dilin inkişafı üçün əlavə hazırlıq proqramı.
Müddət - 1 semestr və daha çox.
* Qiymət seçilmiş proqram və ixtisasa görə dəyişə bilər.
* Tələblər proqram və seçilən ixtisasa görə dəyişir.
Auburn, AL 36849, USA
Auburn Universiteti aktiv tələbə həyatı ilə tanınır. İl boyu kampus daxilində konsertlər, mədəni və idman tədbirləri, beynəlxalq festivallar, sənət sərgiləri keçirilir.Dərslərdən əlavə 300 - dən çox tələbə təşkilatlarına qoşula və yerli idman komandasının bir hissəsi ola bilərsiniz. Və ya sadəcə dostlarınız ilə kampus ətrafında gəzib və 22.000 kvadrat metrdən çox sahəsi olan Sağlamlıq və İstirahət Mərkəzindən zövq ala bilersiniz.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.