Proqram Amerika kollec və universitetlərinə qəbul olmaq istəyən şagirdlərin ingilis dillərini yüksək bir səviyyəyə yüksəldə bilmələri üçün ideal bir hazırlıq təklif edir.
Qiymətə daxildir: Həftədə 18 ingilis dili dərsləri, həftədə 10 SAT və ya TOEFL hazırlığı, həftədə 1 kollecə hazırlıq kursu, hava limanına çatdırılma (Boston Logan Beynəlxalq Hava Limanı), t-shirt, dərslik, kursun bitməsi haqqında şəhadətnamə, bir neçə nəfərlik yaşayış yeri xərcləri və yemək.
Tələbələr Bostonun mərkəzində yerləşən FLS Fisher Kollecində yaşayır və təhsil alırlar.
Şəhər Yeni İngiltərənin mədəniyyət paytaxtı sayılır və kitabxana və muzeyləri ilə məşhurdur. Boston dünyada ən çox tələbənin təhsil aldığı şəhərlərdən biri hesab olunur.
FLS International 1986-cı ildə təsis edilib. İngilis dilini öyrənmək üçün müxtəlif proqramlar təklif edir, o cümlədən, tələbələrə maraqlı (sörfinq, musiqi, kino və s.) məşğələlər təklif edir.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.