EU Business School

    Münhen kampusu

    #1
    EU ' s Online MBA TOP olaraq CEO Magazine jurnalının onlayn qlobal sıralamasında №1 yeri tutdu

    4*
    biznes təhsili sahəsində görkəmli nailiyyətlərinə görə QS Stars mükafatına layiq görülmüşdür

    5-ci yer
    Avropada QS MBA gəlir hesabatı investisiya artımında əmək haqqı üzrə

    6-cı sayı
    Capital jurnalının versiyasına görə tələbələr üçün ən yaxşı biznes məktəbi

Münhen- Avropanın lider dövlətlərindən olan Almanyanın ən mühim şəhərlərindən olan Münhendəki bu kampus tələbələrə həm yüksək keyfiyyətli təhsil, həm də bu coğrafiyanı yaxından öyrənməyə imkan yaradır. Münhenin mərkəzində yerləşən bu kampus tələbələrə şəhərdə müxtəlif sosial tədbirlərdə iştirak etmə imkanı verir. Münhen və ətrafındakı yerlərdə BMW, Coca-Cola, MAN Trucks, Audi və Porsche kimi ən yaxşı şirkətlərin qərargahları var. Ayrıca Almaniyanın ən müvəffəqiyyətli startaplarının qərargahının Münhendə yerləşməsi böyük bir fürsətdir. Şəhər Google və Microsoft kimi böyük texnoloji müəssisələri də cəlb edir.

EU Business School 1973cü ildə əsası qoyulmuş və Avropanın bir neçə mühim şəhərində fəaliyyəti göstərən özəl biznes məktəbidir. Bu müasir təhsil kompleksi, biznesin qurulması və idarə olunmasıyla bağlı dərslər və bu dərslərin ingilis dilində tədris olunmasıyla bilinir. Burada təhsil xidməti bakalavr,magistr və doktorantura dərəcələri üzrə göstərilir. Qurumun başlıca məqsədləri gələcəyin parlaq biznesmenlərini yetişdirmək və tələbələrə müxtəlif şəraitlərdə idarəetmə və liderlik qabiliyyətini aşılamaqdır. Dünya üzrə 80-dən artıq partynora sahib məktəb öz tələbələrinə bu partnyor tədris qurumlarında təhsil alma imkanı verir. Eyni zamanda, universitetlər arası bir çox dünya sıralamasında məktəb ilk pillələrdə qərarlaşır.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.