DePaul University, inklüzivliyə, fərdiliyə və peşəkarlığa diqqət yetirən, akademik cəhətdən çox güclü bir universitetdir. Bura cəmiyyət ruhuna və fərdi tələbə uğurlarına eyni dərəcədə önəm verilən bir yerdir. DePaul University, 1898 -ci ildə qurulan özəl bir qurumdur. Ümumi bakalavr təhsili üzrə 14,214 tələbə bu universitetdə təhsil alır. Universitet ən yaxşı kolleclər sıralamasında TOP 124-dədir. DePaul University-nin Chicago və ətrafında 5 kampusu var. Əsas iki kampusu Loop və Lincoln mərkəzdə yerləşir.
DePaul həm də, yetkin tələbələrə xidmət göstərən “School for New Learning”in evidir. Universitet boyunca 300-dən çox tələbə təşkilatını ziyarət etməyə, onlara qatılmağa və öz klublarını yaratmağa icazə verilir. Məktəbin idman komandaları Mavi Şeytanlar, NCAA Division I Big East Konfransında yarışırlar. Universitetin görkəmli məzunları arasında "Hard Walk: The Dewey Cox Story" və "Step Brothers" kimi filmlərin ulduzu aktyor John C. Reilly və Chicago Simfonik Orkestrinin keçmiş konsertmeysteri Samuel Magad var.
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Bakalavriat:
Magistratura:
1 E. Jackson Boulevard, Chicago, IL
DePaul-da sizin "kollec şəhərciyiniz" bütün Chicago şəhəridir və bütün şəhər sizin ixtiyarınızdadır. Sinfinizin kənarındakı məhəllə butiklərindən, texnoloji startuplara qədər hər şey bir addımlığınızdadır.
Lincoln Park Campus
Lincoln Park, Michigan Gölü və böyük bir parkla əhatə olunmuş yaşayış və təhsil mərkəzidir. Canlı və əyləncə dolu kampusdur.
Loop Campus
Loop, şəhərin ən böyük iş bölgəsidir. Təkcə sinif otaqlarına deyil, həm də şəhərin təklif etdiyi hər yerə asanlıqla getməyə imkan verən ərazini əhatə edən yüksək qatar yolları səbəbiylə bura Loop "Döngü" adlanır.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.