Florida Beynəlxalq Universiteti Mayamidə ilk və yeganə dövlət tədqiqat universitetidir. Sıx araşdırmalara görə universitet, Tədrisin Təkmilləşdirilməsinə görə Karnegi Fonduna layiq görüldü.
Universitet Florida ştatında ikinci, ABŞ-da isə altıncı yerdədir. Universitetin kitabxana kolleksiyası Cənubi Florida ştatında və ABŞ-ın cənub - şərqindəki ən böyük hesab edilir .
Universitetin Biznes Məktəbi təkcə ölkədə deyil, həm də beynəlxalq səviyyədə ən yaxşılardan biri kimi tanınır və dünyanın aparıcı biznes məktəblərinin 5% -ə daxil edilmişdir.
FIU - güclü Qonaqpərvərlik proqramları ilə məşhurdur və bu sahədə çalışan məzunların sayına görə ölkədə ən yüksək göstəriciyə sahibdir (Linkedin poll).
Universitetin "Aquarius Reef Base" adlı bazası, dünyada yeganə sualtı tədqiqat laboratoriyasıdır.
Florida Beynəlxalq Universitetinin bazasında 200-dən çox tələbə təşkilatı və idman bölməsi fəaliyyət göstərir. Universitet voleybolu, Amerika və Avropa futbol komandaları ölkənin ən yaxşılarından biri hesab edilir.
- İngilis dili biliklərinizi mükəmməlləşdirmək məqsədi ilə təklif olunan proqram.
- Karyeyanızın gələcəyi üçün doğru seçilmiş proqram.
Bakalavr təhsili üçün minimal - $23.300
* Qiymət seçdiyiniz proqram və ixtisasdan asılı olaraq dəyişir
Bakalavr:
IELTS 5.5 / TOEFL 60
GPA - 2.8
* Tələblər proqram və seçilən ixtisasa görə dəyişir
11200 SW 8th St, Miami, FL 33199.
- Florida İnternational University ABŞ - da iqlimi isti olan şəhərlərdən birində yerləşir.
- Qış aylarında orta temperatur 20° C olur.
- Mayami ölkənin ən məşhur turistik yerləri arasında ikinci pillədədir.
- Mayami Hava Limanına 18 dəqiqəlik məsafədədir.
Florida İnternational University - yeni təhsil alan tələbələr, digər təhsil müəssisələrindən gələn və hüquq kollecinin tələbələri üçün kampusda yaşamaq imkanı təklif edir. 2-ci kurs və yuxarı tələbələr, ehtiyac və büdcələrinə uyğun olaraq, kampus xaricində də yaşayış yerləri seçə bilərlər.
- Tam əşyalı otaq
- Kondisioner
- Wi-Fi və kabel televiziyası
- Reseption
- Təhsil, ünsiyyət və oyun salonları
- Nağd və kredit kartları qəbul edən çamaşırxana.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.