Roosevelt University, İllinoys, Chicago və Schaumburg şəhərlərində kampusları olan aparıcı bir universitetdir. Universitet 1945-ci ildə təsis edilmişdi və ABŞ’ın 32-ci prezidentinin Franklin Roosevelt və birinci xanım Eleanor Roosevelt adını daşıyır. Sosial ədalət prinsipləri universitet proqramının hazırlanmasında böyük rol oynayır. Roosevelt University etnik müxtəlifliyi ilə məşhurdur və ABŞ News and World Report-a görə Amerikanın Orta Qərbindəki universitetlər arasında bu kateqoriyada 4-cü yer alır.
Universitet təcrübə işlərinə böyük diqqət ayırır. Roosevelt University karyera xidmətləri, şəhərin qabaqcıl şirkətləri ilə sıx əlaqələrə malikdir və tələbələrə bu təşkilatlardakı iş yerlərinə giriş imkanı verir. Əvvəlki illərdə universitet tələbələri Chicago Federal Reserve Bankında, Hilton otel şəbəkəsində, JP Morgan, PricewaterhouseCoopers və Morgan Stanley-də böyük təcrübə qazanmışdır. Bu şirkətlərdən əlavə olaraq, tələbələr Abbott Laboratories, Aon, Boeing, Exelon və United Airlines daxil olmaqla, mərkəzi Chicagoda yerləşən 30-dan çox Fortune500 şirkətinə müraciət edə bilirlər.
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Bakalavriat:
Magistratura:
425 S Wabash Ave, Chicago, IL 60605, USA
Roosevelt University, Çikaqo şəhərinin mərkəzində yerləşir. Təhsil müəssisəsi 2012-ci ilin payızında, ABŞ-ın ikinci ən yüksək universitet binası olan 32 mərtəbəli Wabash kampusunu inşa etdi.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.