Webster Vienna Private University

    • Vienna, Austria

    • 1981-ci ildə təsis edilib

    • Region üzrə TOP 56-cı yerdədir

    • İllik təhsil haqqı: 14.700 Euro +

     

     

     

Universitet haqqında

Webster Vienna Private University’nin birinci hədəfi tələbələri ömür boyu müstəqil və lider olduqları həyata hazırlamaqdır. Universitet, qloballaşan dünyada inkişafa doğru yönələrək tələbələrə lazımi bilik və bacarıqları təmin etmək üçün proqramlar hazırlamaqdan qürur duyur. 70 fərqli millətin təhsil aldığı tələbə qrupuna qoşulmaqla siz də Avstriyanın sehirli aurası altında akademik təhsilinizi davam etdirmə fürsətini qaçırmayın.

 

 

WVPU, Austria’nın Vienna şəhərində yerləşən ən qədim özəl Amerika universitetlərindən biridir. USA’nın Saint-Louis şəhərindəki Webster Universitetinə bağlı olmasına baxmayaraq, fərqli bir qurum olaraq fəaliyyət göstərir. Vienna'nın bələdiyyə sədri Dr. Leopold Gratz'ın dəvəti ilə qurulan, tamamilə ingilis dilində dərəcə proqramları təqdim edən universitet 1985-ci ildə akkreditə olunmuş MBA təqdim edərək, 2001-ci ildə özəl bir universitet olaraq tam akkreditasiya alan ilk universitetlərdən biri olmuşdur.

Təvazökar başlanğıclarının 40 ili ərzində WVPU Austria ali təhsil sisteminin ayrılmaz hissəsidir. Yüksək keyfiyyətli tədris və tələbə rəhbərliyi ilə məşhur olan tədqiqat fakültəsi siyahısı sinifdə tədris və tədqiqatın bölünməzliyinə zəmanət verir, eyni zamanda real həyatda praktik bacarıqları təmin edir

Hər zaman Webster University’nin əsas dəyərlərinə sadiq qalaraq, qlobal vətəndaşlar yaratmaq üçün müxtəlifliyə və öz digər dəyərlərini anlamağa hörmət aşılayaraq şagirdləri təhsil mərkəzinə yerləşdirməyə davam edir.

Webster Vienna Private University’də, tələbələrin yüzdə 70-ni beynəlxalq tələbələr təşkil edir. Bu da öz növbəsində sizin dil biliklərinizin, dünya görüşünüzün artmasına xüsusi təkan verəcəkdir.

 

Populyar ixtisaslar:

  • Political science

  • Psychology

  • Business

  • Computer science

  • Sociology

  • Engineering

  • Economics

  • Philosophy

  • Geography

  • Medicine

 

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 14,700 Euro
  • Yaşayış xərcləri: 9,000 Euro - 12,000 Euro

Мagistratura:

  • Təhsil haqqı: 14,700 Euro
  • Yaşayış xərcləri: 9,000 Euro - 12,000 Euro

Dil bilikləri: İngilis dili

Bakalavriat:

  • IELTS 6.5
  • TOEFL iBT 80

Magistratura:

  • IELTS 7.0
  • TOEFL iBT 95

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Palais Wenkheim,Praterstr. 23/ Vienna, Vienna 1020, Austria

Klassikanin beşiyi olan ölkədə yaşamaq və oxumaq əvəzsiz bir təcrübədir. Vienna şəhəri də tələbələrin görməsi və araşdırması üçün çox şey təklif edir. Köhnənin yeni ilə tanış olduğu yerlərdə Avropanın ən tarixi şəhərlərindən birində yaşaya, klassik Vienna kafelərində əyləşə, köhnə qalaları ziyarət edə, müasir incəsənət sərgilərinə gəzə bilərsiniz. Vienna rahat və sərfəli toplu nəqliyyat sistemi dünyanın ən yaxşı sistemlərindən biridir və şəhərin hər guşəsini kəşf etməyinizə kömək edə bilər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər