Bellerbys College

    Oxford, Cambridge, London School of Economics kimi Böyük Britaniyanın ən yaxşı universitetlərinə qəbul olmaq arzusundasınız, amma necə bilmirsiniz? Ən yaxşı yol- Foundation -universitetlərə xüsusi hazırlıq proqramıdır.

International Year One

International Year One-  Proqram yalnız Londonda mövcuddur, Britaniya Universitetlərinin dərhal ikinci kursa  qəbul təmin edir. İxtisaslaşma biznes və menecment üzrədir. Həftəlik mühazirələrin müddəti 24-30 saat təşkil edir. Təhsil müddəti - 1 akademik il (3 trimestr).

 

Trimestrlik təhsil haqqı: £6080

Kursun başlama tarixi: sentyabr, yanvar

Foundation

Bellerbys College – də Foundation İngilis dili biliklərinin təkmilləşdirilməsinə və əsas təlim bacarıqlarını öyrənməyə imkan verən çox zəngin bir kursdur. O, seçilmiş ixtisas üzrə akademik fənlərin intensiv dil hazırlığı ilə birlikdə öyrənilməsini nəzərdə tutur. Belə bir proqram sizə İngiltərənin universitetlərindən birinə daxil olmaq imkanı verəcəkdir. Foundation proqramı 17 Yaşdan yuxarı məktəb məzunları üçün nəzərdə tutulmuşdur. Böyük Britaniyanın ən yaxşı universitetlərində yer alan ciddi akademik standartlara və əla tələbə reytinqinə görə, Bellerbys Kolleci haqlı olaraq ali təhsil almaq üçün xarici tələbələrin hazırlanması üzrə ölkənin aparıcı təhsil müəssisələrindən biri kimi tanınır.

Sözügedən kollec Study Group təhsil korporasiyasının markalarından biridir. Kollecin filialları  tələbələrə tədris üçün ideal bir atmosfer təklif edən məşhur ingilis universitet şəhərlərciklərində yerləşir: Brighton, Cambridge, London və Oksford. Kurs uğurla başa çatdıqdan sonra məktəb 50 tərəfdaş ali təhsil müəssisəsindən, o cümlədən ölkədə iyirminci ən yaxşı universitetlərə daxil olan universitetlərdən birində yer almasına zəmanət verir.

Trimestrlik təhsil haqqı: Brighton və London- £7120

                                           Oxford və Cambridge- £6915

Kursun başlama tarixi: Sentyabr, yanvar, aprel(yalnız biznes, finans və menecment)

Pre-Masters

Pre-Masters- Magistraturaya hazırlıq proqramı yalnız Londonda mövcuddur. Minimum yaş həddi 21dir. Həftəlik dərsləarin müddəti 25 saat + GMAT (zəruri hallarda) üzrə 5 saat məşğələ. Təhsilin müddəti 1-2 trimestr təşkil edir.

 

Trimestrlik təhsil haqqı: £5390

Kursun başlama tarixi: sentyabr, yanvar, aprel, iyun

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.