Çester Universiteti

    Yerləşdiyi ərazi: Çester, Birləşmiş Krallıq

    İllik təhsil haqqı: £12,450

Əsası 1839-cu ildə qoyulmuş Çester Universiteti Birləşmiş Krallığın ən qədim təhsil ocaqlarından biri hesab edilir. Çester şəhərinin ən böyük avantajlarından biri Mançester və Liverpul kimi şəhərlərə yaxın yerləşməsidir. Hal-hazırda bu universitetdə 20 minə yaxın tələbə təhsil alır. Həmin tələbələr arasında dünyanın 130-dan çox, fərqli ölkələrindən gəlmiş beynəlxalq tələbələr də vardır. Universitet əsasən biznes, mühəndislik və səhiyyə ixtisaslarına görə fərqlənir.

Statistikaya əsasən tələbələrin 95.6%-i universiteti bitirdikdən sonra öz ixtisasları üzrə iş tapma imkanı əldə edirlər.

Universitet 6 fərqli kampus, laboratoriyalar, IT mərkəzləri, 350 minə yaxın kitabın olduğu müasir kitabxana, 15 minə yaxın elektronik kitabın olduğu virtual kitabxananı özündə birləşdirir. Universitet tələbələrə müxtəlif sahələrə aid 400-dən artıq kurs təklif edir. Eyni zamanda, beynəlxalq tələbələr universitet tərəfindən verilən təqaüdlərdən yararlana bilərlər.

Reytinqlər:

-Beynəlxalq tələbələr üçün yaratdığı şəraitə görə 150 Birləşmiş Krallıq Universiteti arasında 2-ci yerdədir. (2020 WhatUni? Student Choice Awards)

-Ölkənin ən yaxşı universitetləri sırasında 61-ci yerdədir (Times / Sunday Times (2020)).

- “Guardian” qəzetinə əsasən isə Çester Universiteti ölkənin ən yaxşı universitetləri içərisində 82-ci yerdədir.

 

Qəbul üçün tələblər:

1.       Bakalavr:  

              IELTS 6.0, TOEFL 79

2.       Magistratura:

              IELTS 6.5, TOEFL 88

Populyar ixtisaslar:

-Biznes və İqtisadiyyat

-Mühəndislik və İT

-Səhiyyə elmləri

-Menecment

-Hüquq

-Tarix

-Psixologiya

-Turizm

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.