Çiçester Universiteti

    Yerləşdiyi ərazi: Çiçester, Birləşmiş Krallıq

    İllik təhsil haqqı: £10,920-14,450

     

Qərbi Susseksdə yerləşən Çiçesterin tarixi 19-cu əsrə dayansa da, universitet statusunu 2005-ci ildə əldə etmişdir. 2 kampusdan ibarət olan Çiçester Universitetində 5 mindən artıq tələbə təhsil alır. Bu tələbələr arasında dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq tələbələr də vardır. Universitet daha çox təsviri incəsənət, tarix, idman və bədən tərbiyəsi kimi ixtisaslara görə tanınır.

Universitetin Bişop Oter kampusu idman və bədən tərbiyəsi, musiqi, tarix, İngilis dili, təsviri incəsənət kimi ixtisaslara, Boqnor Reqis kampusu isə daha çox biznes, menecment, mühəndislik, kino və media ixtisaslarına fokuslanmışdır.

Çiçester Universiteti ölkədə ən yaxşı tələbə məmnunluq reytinqlərindən birinə sahib olmaqla digər universitetlərdən seçilir. Eyni zamanda tələbələrin 95%-indən çoxu universiteti bitirdikdən sonra öz ixtisasları üzrə iş tapma imkanı əldə edirlər. Universitetin Riyaziyyat Mərkəzi hal-hazırda 30-dan çox ölkə ilə əməkdaşlıq edir və yüksək beynəlxalq nüfuza sahibdir. Çiçester eyni zamanda tədqiqat və araşdırma sahəsində də ölkənin qabaqcıl universitetlərindən hesab olunur.

Reytinqlər:

- Ölkənin ən yaxşı universitetləri siyahısında 71-ci yerdədir (Times University Guide 2020)

- “Guardian” qəzetinə əsasən isə ölkənin ən yaxşı universitetləri içərisində 73-cü yerə layiq görülüb.

- Universitet 2013-cü ildə tədqiqat və araşdırma sahəsindəki uğurlarına görə mükafatlandırılmışdır          ( European Commission HR Excellence in Research Award).

 

Qəbul üçün tələblər:

1.       Bakalavr:   

GPA 2.5, IELTS  6.0, TOEFL 79

      2.   Magistratura:

             GPA 2.5, IELTS 6.5, TOEFL 89

 

Populyar ixtisaslar:

-Təsviri İncəsənət və Dizayn

-Musiqi

-Teatr

-Mühəndislik

-Biznes

-İdman və Bədən Tərbiyəsi

-Riyaziyyat

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.