Coventry University yarandığı gündən bəri əsas prioriteti, məzunlarının peşəkar karyeraları olmuşdur. Coventry Dizayn Kolleci olaraq 1843-cü ildə qurulmuş və bir neçə təhsil islahatından keçmiş Coventry University, 150 ildən çoxdur ki, eyni vaxtda iş, elm və sənət sahələrində ixtisaslaşan yenilikçi bir universitetdir.
Universitet tələbələrinin iş qabiliyyətinin artırılmasına yönəlmiş layihələrə başlayır: yerli işəgötürənlər təlim kurslarının hazırlanmasında iştirak edirlər, Start-Up Café iş əlaqələrinin inkişafını təşviq edir və Add + vantage proqramı təhsil prosesi dövründə məşğulluğa təsir edən əlavə bacarıqların inkişafına kömək edir. Tələbələrin çoxu universitetdə tədris olunan istənilən modulu seçmək azadlığından istifadə edirlər. Ən populyar fənlər isə İT texnologiyaları və xarici dillər sayılır.
#53 The Complete University Guide
#26 The Guardian
#44 The Times/The Sunday Times
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Bakalavriat:
Magistratura:
109-117 Middlesex St, Spitalfields, London E1 7JF, İngiltərə
Universitetin yerləşdiyi Caventry şəhəri, İngiltərədəki ən səssiz və təhlükəsiz şəhərlərdən biri sayılır eyni zamanda beynəlxalq tələbələrin təhsil və yaşayış xərclərindən qənaət etməsinə imkan verən ən əlverişli 3-cü şəhərdir. Ümumilikdə, universitetin iki kampusu var: əsas kampusı Coventry şəhərinin mərkəzindədir.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.