Derbi Universiteti

    Yerləşdiyi ərazi: Derbi, Birləşmiş Krallıq

    İllik təhsil haqqı: £13,250 - 14,250

Universitet haqqında qısa məlumat:

1851-ci ildə əsası qoyulmuş, 1992-ci ildə universitet statusu qazanmışdır. 34 mindən çox tələbənin təhsil aldığı universitetdə 300-ə yaxın ixtisas mövcuddur. Universitet 5 kolleci özündə birləşdirir: Biznes, Hüquq və Sosial Elmlər; İncəsənət, Humanitar elmlər və Təhsil; Mühəndislik və Texnologiya; Sağlamlıq və Sosial Qayğı; Həyat və Natural Elmlər.

Universitetin müəllim kadrının ixtisaslaşmış olması və siniflərin 80%-inin 30 nəfərdən az sayda insandan ibarət olması təhsili daha da keyfiyyətli edən faktorlardandılar.

Təcrübəli müəllim kadrı tədqiqat işlərinə maksimum ciddi yanaşır və yeni tədqiqat mərkəzlərinin açılmağı prossesində aktiv iştirak edir.

Son illərin məzunlarının 96%-i bakalavr təhsilini bitirdikdən sonra maksimum 6 ay ərzində işlə təmin olunub və ya magistratura pilləsində öz təhsillərini davam etdirib.

Populyar ixtisaslar:

-İncəsənət

-Texnologiya

-Hüquq

-Biznes

-Mühəndislik

Reytinqlər:

-Universitet, təhsilin mükəmməlliyini ölçən dövlət qurumu olan təhsil nazirliyi tərəfindən qızıl reytinqə layiq görülərək Birləşmiş Krallıq universitetləri üçün nəzərdə tutulmuş milli keyfiyyət tələblərini üstələmişdir.

-Ölkənin ən yaxşı universitetləri siyahısında 99-cu yerdədir (The Complete University Guide 2020).

         

Qəbul üçün tələblər:

1.       Bakalavr:   

GPA 3.0, IELTS  6.0, TOEFL 80

2.       Magistratura:

GPA 2.5, IELTS 6.5, TOEFL 88

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.