Edge Hill Universiteti

    Yerləşdiyi ərazi: Omskerk, İngiltərə

    Əsası 1885-ci ildə qoyulub.

    İllik təhsil haqqı: 20 000 $

Universitet haqqında: Edge Hill universiteti əsası qoyulduğu tarixdən bəri hələ də ölkənin ən önəmli müəllim yetiştirmə məkanlarından biridir. 11 fakültəsi olan bu universitet hal-hazırda 10000 full-time 3000 isə part-time tələbəyə ev sahibliyi edə biləcək tutuma sahibdir. Universitet hal-hazırda əsas binasının idman zalları, həmçinin tələbə yataqxanalarının yenidən təmiri ilə bağlı 200 milyon funt-sterlinqlik bir layihədə iştirak edir. Beynəlxalq tələbələr üçün universitetin yerli tələbələri ilə daha da yaxınlaşıb, özlərini rahat hiss etmələri ilə bağlı məsləhətlər ala biləcəkləri “Beynəlxalq Dostluq Proqramı” var. Universitetin məşhur məzunları arasında aktyor Jonathan Pryce, yazıçı Stuart Maconie, o cümlədən Britaniyanın ilk qadın avukatı Helena Normanton da var.

Reytinqlər:

-Times universitetlər bələdçisində №55 (2020)

-Guardian universitetlər bələdçisində №48 (2020)

-2014-cü ildə Times Bakalavr üzrə İngiltərə Universiteti ilin mükafatına layiq görülmüşdür.

 

 

 

Qəbul üçün tələblər:

Bakalavr-

IELTS - 6.0 TOEFL- 80

Magistratura-

GPA- 2.2

IELTS - 6.5 TOEFL - 90

 

 

Populyar ixtisaslar:

- Biznes

- Biologiya

- Ədəbiyyat

- Fizika

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.