Imperial College of Science, Technology and Medicine

    Yerləşdiyi ərazi: London, İngiltərə

    Əsası 1907-ci ildə qoyulub

    İllik təhsil haqqı: 25.000-28.000£

Universitet haqqında:

London İmperiyal Kolleci artıq uzun illərdir ki dünyanın ən yaxşı universitetləri arasında yer alır. Oksford və Kembridcin də içində olduğu 6 önəmli İngiltərə universitetinin aid olduğu “Qızıl Üçbucaq” universitetləri arasındadır. Tarixi boyunca elm, mühəndislik və tibb ixtisasları üzrə məşhurlaşsa da, son dövrlərdə Menecment və Sosial elmlər fakültəsi də kifayət qədər rəğbət qazanmışdır. İmperial Kolleci prestijli ingilis universitetlərinin olduğu Russell Qrupunun bir parçasıdır. Sadəcə tibb sahəsindəki 14 Nobel mükafatı ilə dünyanın ən önəmli araşdırma mərkəzləri arasındadır. Universitetin məşhur məzunları arasında Aleksandr Fleminq, Tomas Heksley, Herbert Uells, Brayn Mey kimi şəxsləri də görmək olar.

Reytinqləri:

- Times Universitetlər bələdçisi №4 (2020)

- Guardian Universitetlər bələdçisi №7 (2020)

- QS Dünya Universitetlər bələdçisi №2 (2020), №7 (2021)

- Times Magistratura üzrə Universitetlər bələdçisi №10 (2020)

- Financial Times Menecment üzrə Master №12, İngiltərədə №1 (2013)

 

 

 

Qəbul üçün tələblər:

Bakalavr-

IELTS - 6.5  TOEFL - 92

Magistratura-

GPA - 3.6

IELTS - 7.0  TOEFL - 100

 

 

Populyar ixtisaslar:

- Mühəndislik

- Tibb

- Menecment

- Biznes

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.