İstituto Marangoni, 1935-ci ildə Milanda qurulan dünyanın ən qədim moda və dizayn məktəblərindən biridir. Bir çox məzunlarının adları parlaq jurnalların səhifələrində, yüksək "couture and pret-a-porté" şoularında və moda butiklərinin pəncərələrində görünür. Marangoni İnstitutu tələbələrinə dünyanın "dəbli" paytaxtlarından birində - Milan, Paris və ya Londonda əsl yaradıcılıq atmosferinə qərq olmaq imkanı verir. London Marangoni moda məktəbi Istituto Marangoni-nin kampuslarından biridi, bura Britaniyada dizaynerlər üçün "Oksford" adlanır.
Istituto Marangoni London dünyanın aparıcı moda evləri ilə əməkdaşlıq edir: Valentino, Prada, Saint Laurent, Armani, Gucci, Versace, Calvin Klein, Hugo Boss, Trussardi. Burada bir çox sənətkar, heykəltəraş və dizayner işləyir. Universitet binası keçmiş tekstil fabrikasında yaranıb. Dərslər açıq məkan siniflərində keçirilir, bütün sinif otaqları həm iş, həm yaradıcılıq, həm də tələbələrin istedadını üzə çıxarmaq üçün lazım olan hər bir şeylə təchiz edilmişdir. Londonda hər il İstituto Marangoni tələbələrinin iştirak etdiyi Məzun Moda Həftəsi keçirilir.
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Bakalavriat:
Magistratura:
30 Fashion St, Spitalfields, London E1 6PX, UK
London kampusı əfsanəvi Shoreditch ərazisində yerləşir və gözəl mənzərəyə bəxş edir. Bura bir növ London Montmartr’ı sayılır. Qeyd edək ki, Istituto Marangoni tələbələrə hər hansı bir yerləşmə, yaşayış yeri təklif etmir. Azeri Student mütəxəssisləri yerləşmə və yaşayış yeri tapmaqda baqlı müracıyət edə bilərsiz.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.