Kardiff Universiteti

    Yerləşdiyi ərazi: Kardiff, Birləşmiş Krallıq İllik təhsil haqqı: £17,500

Universitetin əsası 1883-cü ildə qoyulmuşdur. Birləşmiş Krallığın ən öndə gedən universitetlərindən hesab olunan Kardiff Universiteti Uelsin cənubunda yerləşir. Bu universitet 3 kolleci özündə birləşdirir: İncəsənət, Humanitar və Sosial elmlər; Biomedikal; Fizika və Mühəndislik. Xüsusilə, elmi-tədqiqat və araşdırma sahəsi üzrə ölkənin ən qabaqcıl universitetlərindən biri kimi tanınır.

Statistikaya əsasən tələbələrin 95,7%-i universiteti bitirdikdən sonra öz ixtisasları üzrə iş tapma imkanı əldə edirlər. Sorğuda iştirak edən tələbələrin 84%-i isə bu universitetdən məmnun qaldıqlarını bildiriblər.

Hal-hazırda bu universitetdə 33 mindən artıq tələbə təhsil alır. Onların içərisində 100 fərqli ölkədən gəlmiş 6 mindən çox beynəlxalq tələbə də vardır.

Kardiff Universiteti 16 fərqli kitabxana, 25 IT mərkəzi və şəhər mərkəzinə olduqca yaxın 2 kampusu özündə birləşdirir.

Reytinqlər:

-Ölkənin ən yaxşı universitetləri siyahısında 26-cı yerdədir (The Complete University Guide 2020).

-Dünya universitetləri arasında isə reytinqinə görə 154-cü yerdədir (QS World University Rankings).

- Tədqiqat və araşdırma sahəsindəki uğurlu işlərə görə ölkədəki universitetlər arasında 5-ci yerdədir (REF 2014).

 

Qəbul üçün tələblər:

1.       Bakalavr:   

GPA 3.0, IELTS  6.5-7, TOEFL 90-100

2.       Magistratura:

GPA 3.0, IELTS 6.5-7.5, TOEFL 90-109

 

Populyar ixtisaslar:

-İncəsənət və Humanitar Sahələr

-Biznes və İqtisadiyyat

-Tibb və Diş Həkimliyi

-Mühəndislik və İT

-Siyasət, Beynəlxalq Elmlər

-Fizika və Astronomiya

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.