Kranfild Universiteti

    Yerləşdiyi ərazi: Kranfild, Birləşmiş Krallıq

    İllik təhsil haqqı: £20,000 – 31,000

Universitet haqqında qısa məlumat:

Birləşmiş Krallığın ancaq magistratura təhsili və tədqiqat üçün nəzərdə tutulmuş yeganə universiteti olan Kranfild Universitetinin əsası 1946-cı ildə qoyulmuşdur. 2 kampusdan ibarət olan bu universitetdə 5 minə yaxın tələbə təhsil alır. Bu tələbələrin təxminən 25%-ni dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq tələbələr təşkil edir. Universitet daha çox aerokosmik, ətraf mühit və kənd təsərrüfatı, enerji, istehsalat sahələri üzrə ixtisasları ilə tanınır.

Universitet 2 kampusdan ibarətdir: Kranfild və Şrivenham. Aerokosmik tədris və tədqiqat məqsədilə Kranfild kampusunda hava limanı da fəaliyyət göstərir.

Universitetdə təhsil alan tələbələrin yarısından çoxu 30 yaşından yuxarıdır və təhsil aldıqları müddətdə də öz ixtisaslarına uyğun iş tapma imkanları əldə edirlər.

Kranfild Universiteti bir çox beynəlxalq universitet, qeyri-hökümət və hökümət təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlar arasında Airbus, Rolls-Royce Group, Boeing, Ford, BP, British Airways, Metro Bank, Royal Dutch Shell, PepsiCo kimi şirkətlər də vardır.

Reytinqlər:

-Maşınqayırma sahəsi üzrə tədrisə əsasən ölkənin ən yaxşı 5-ci universiteti hesab edilir (QS World University Rankings 2019).

 -Dünyanın ən öndə gedən şirkətlərində CEO vəzifəsini tutmuş alumni sayına görə Kranfild Universiteti dünya universitetləri sıralamasında ilk yerləri tutur (Centre for World University Rankings, 2017).

-Əldə etdiyi uğurlara görə 6 dəfə Kraliçanın İldönümü Mükafatına, 3 dəfə isə İmbert Mükafatına layiq görülmüşdür.

 

Qəbul üçün tələblər:

Magistratura:

IELTS 6.5

TOEFL 92

 

Populyar ixtisaslar:

-Aerokosmik sahələr

-Maşınqayırma

-Nəqliyyat Sistemləri

-Ətraf Mühit və Kənd Təsərrüfatı

-Menecment

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.