Kumbriya Universiteti

    Yerləşdiyi ərazi: Karlisl, Birləşmiş Krallıq

    İllik təhsil haqqı: £10,500-15,500

Şimal-qərbi İngiltərədə yerləşən Kumbriyanın tarixi 19-cu əsrə dayansa da, 2007-ci ildən universitet olaraq fəaliyyətə başlamışdır. 6 kampusu olan bu universitetin 13 minə yaxın tələbəsi vardır. Bu tələbələrin 1.8%-ni dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq tələbələr təşkil edir. Kumbriya beynəlxalq tələbələrə ingilis dilini inkişaf elətdirmək məqsədilə müxtəlif kurslar təklif edir. Universitet hüquq, tibb, pedaqogika ixtisasları üzrə tanınır.

Statistikaya əsasən tələbələrin təxminən 97%-i universiteti bitirdikdən sonra öz ixtisasları üzrə iş tapma imkanları əldə edir yaxud təhsillərini davam edirlər (DLHE Survey 2016).

Kumbriya Universitetinin milli park içərisində yerləşməsi və Distrikt Gölünə yaxınlığı onu avantajlı edən xüsusiyyətlərdəndir.

 

Reytinqlər:

-Ölkədəki universitetlər arasında təhsilin keyfiyyətinə görə 8-ci yerdədir (Impact Rankings: Quality education 2020).

-Ölkənin ən yaxşı universitetləri siyahısında 121-ci yerdədir (Times University Guide 2020).

- “Guardian” qəzetinə əsasən isə ölkənin ən yaxşı universitetləri sıralamasında 116-cı yerə layiq görülüb (Guardian University Guide 2020).

 

Qəbul üçün tələblər:

1.Bakalavr:   

          GPA 3.0, IELTS 6, TOEFL 80-83

2.Magistratura:

        GPA 3.0, IELTS 6.5, TOEFL 90

 

Populyar ixtisaslar:

-Hüquq

-Tibb

-Pedaqogika

-Biznes, Maliyyə və Mühasibat

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.