London İncəsənət Universiteti (UAL)

    Yerləşdiyi ərazi: London, Böyük Britaniya

    Əsası 2003-cı ildə qoyulub.

    Təhsil haqqı: illik 22,920 funt sterlinq

Londonda yerləşən universitet daha çox incəsənət, dizayn və moda sahələri üzrə təhsiliylə ön plana çıxır. Bura altı incəsənət kollecinin federasiyasıdır: Kembervel İncəsənət Kolleci, Mərkəzi Sent Martins, Çelsi İncəsənət Kolleci, London Rabitə Kolleci, London Moda Kolleci və Wimbledon İncəsənət Kolleci. UAL 2003-cü ildə universitet olaraq qurulmuş və 2004-cü ildə indiki adını almışdır. Universitetdə 18000-ə yaxın tələbə təhsil alır

Universitetin Londonun müxtəlif ərazilərində on üç yaşayış salonu var. Beynəlxalq tələbələrin sayına görə Birləşmiş Krallıq universitetləri arasında dördüncüdür.

Reytinqlər:

-  incəsənət və dizayn üzrə 2# (QS World University Rankings)

-  75# (2019 Guardian University Guide)

 

Qəbul tələbləri:

Minimum Ielts 7 ( hər test üzrə minimum 6)

Sahə üzrə iş təcrübə( ixtisasdan asılı olaraq dəyişir)

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.