University of Derby

    • Derby, İngiltərə, Birləşmiş Krallıq
    • 1851-ci ildə təsis edilib
    • Birləşmiş Krallıq üzrə TOP 29-cu yerdədir
    • İllik təhsil haqqı: 14,060£+

Universitet haqqında

University of Derby 1851-ci ildə əsası qoyulmuş, 1992-ci ildə isə universitet statusu qazanmışdır. 34 mindən çox tələbənin təhsil aldığı universitetdə 300-ə yaxın ixtisas mövcuddur. Universitet 5 kolleci özündə birləşdirir: Biznes, Hüquq və Sosial Elmlər; İncəsənət, Humanitar elmlər və Təhsil; Mühəndislik və Texnologiya; Sağlamlıq və Sosial Qayğı; Həyat və Natural Elmlər.

Universitetin müəllim kadrının ixtisaslaşmış olması və siniflərin 80%-inin 30 nəfərdən az sayda insandan ibarət olması təhsili daha da keyfiyyətli edən faktorlardandılar.

Son illərin məzunlarının 96%-i bakalavr təhsilini bitirdikdən sonra maksimum 6 ay ərzində işlə təmin olunub və ya magistratura pilləsində öz təhsillərini davam etdirib.

 

#97 The Complete University Guide

#29 The Guardian

#81 The Times/The Sunday Times

Tədris

Populyar ixtisaslar:

  • Health and social support
  • Business, law, social sciences
  • Natural Sciences
  • Technical science
  • Arts, humanities, education
  • Center for Modern Hospitality and Tourism

Proqram və xərclər(illik)

Bakalavriat:

  • Təhsil haqqı: 14,060£
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Мagistratura:

  • Təhsil haqqı: 14,830£
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • GPA 3.0
  • IELTS 6.0
  • TOEFL 80

Magistratura:

  • GPA 2.5
  • IELTS 6.5
  • TOEFL - 88

 

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/ Resume
  • Transkriptlər

Ünvan

Kedleston Rd, Derby DE22 1GB, UK

Universitet İngiltərənin mərkəzində, Derbi şəhərində yerləşir. Şəhər bənövşəyi bayraq statusuna layiq görülmüşdür bu, təhlükəsiz və qonaqpərvər bir şəhər mühitindən xəbər verir. Son 10 ildə universitet avadanlıq və tədris mərkəzlərinə 200 milyon funt sterlinq investisiya yatırıb.

Məzunlar

University of Derby proqramları üzrə təhsil almış ən məşhur məzunları ilə tanış olun:

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər