University of Lincoln

    • Lincoln, İngiltərə, Birləşmiş Krallıq
    • 1981-ci ildə təsis edilib
    • Birləşmiş Krallıq üzrə TOP 42-ci yerdədir
    • İllik təhsil haqqı: 12,400£+

Universitet Haqqında

University of Lincoln İngiltərənin ən nüfuzlu və populyar təhsil müəssisələrindən biridir. 1981-ci ildə qurulan sənət məktəbi ilə başlamış, 1992-ci ildə universitet statusu almış, 2001-ci ildə isə yenidən təşkil edilmiş və adı dəyişdirilmişdir. Uğurlu yenidənqurma və yüksək rəhbərlik keyfiyyəti sayəsində universitet təhsil keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və təhsil müəssisələrinin reytinqlərində davamlı olaraq birinci yerləri tutmağa başlamışdır.

University of Lincoln İngiltərənin aqrobiznes bölgəsində yerləşir. UL əkinçilik elmləri və qida texnologiyası sahəsində mükəmməl bir təhsil bazasına malikdir. Universitet sənət, elm, səhiyyə, biznes sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Məzunların tələb nisbəti yüksəkdir və iş tapmaqda problem yaşamırlar.

 

 

 

#42 The Complete University Guide

#52 The Guardian

#42 The Times/The Sunday Times

Tədris

Populyar ixtisaslar:

  • Architecture
  • Business and management
  • Graphic design
  • Computer information systems
  • Politics
  • Advertising and marketing

Proqram və xərclər(illik)

Bakalavriat:

  • Təhsil haqqı: 12,400£
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Мagistratura:

  • Təhsil haqqı: 14,400£
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.0

Magistratura:

  • IELTS 6.0 - 6.5

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/Resume
  • Transkriptlər

Ünvan

Brayford Way, Brayford Pool, Lincoln LN6 7TS, UK

Universitet Linkolnşirdəki kiçik, lakin canlı və inkişaf etmiş Lincoln şəhərinin mərkəzində yerləşir. Şagirdlər istirahət, idman kompleksləri, restoranlar və əyləncə mərkəzləri daxil olmaqla bütün imkanlarını təmin olunurlar. Universitetin əsas və əlavə kampuslarında birinci sinif avadanlıqları, rahat yaşayış yerləri, elmi laboratoriyalar, idman mərkəzləri var.

Məzunlar

University of Lincoln proqramları üzrə təhsil almış ən məşhur məzunları ilə tanış olun:

  • Məzun: David Firth. Vəzifəsi: Animator və Vizual Rəssam
  • Məzun: Martin Vickers. Vəzifəsi:Cleethorpes üçün millət vəkili

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər