Proqram 8-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub.
15 nəfərlik qruplara həftədə 15 saat ingilis dili dərsi keçirilir.
Xərclərə daxildir: təhsil, yaşayış, yemək, idman, əyləncə və ekskursiyalar, təlim materialı, bitirmə sertifikatı, transfer, camaşırxana xidməti.
Əlavə ödəniş: Aviabiletlər, tibbi sığorta, konsulluq haqqı, sənədlərin çatdırılması.
Kent College Pembury Qatvik hava limanından 40 dəqiqə, Hitrou hava limanından isə 1 saatlıq məsafədə yerləşir.
Məktəb 75 hektarlıq yaşıllıq bir ərazini əhatə edir.
Pilgrims dil məktəbi ABŞ və Böyük Britaniyada fəaliyyət göstərir. 30 ildən çoxdur ki, ingilis dilinin tədrisi və müəllimlərinin keyfiyyətinə görə bütün dünyada məşhurdur.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.