Bu kurs ən qısa zamanda dil və peşə bacarıqlarını inkişaf etdirmək istəyən iş adamları və peşəkarlar üçün nəzərdə tutulmuşdur.
Əlavə xərclər: qeydiyyat haqqı, tədris materialları, ekskursiyalar, transfer, konsulluq haqqı, aviabilet, tibbi sığorta, kuryer və poçt xidməti.
Tələbələr məktəb binasına kütləvi nəqliyyat vasitəsi ilə 45-60 dəqiqəlik məsafədə qalan ailələrlə birlikdə yaşayırlar.
Ev sahibi ailə ilə birlikdə qalmaq: 147 £-dan
St Giles Məktəbi Londonun mərkəzində (Bloomsbury rayonu) yerləşir və yüz illik tarixə malik qədim bir saray binasındadır.
St. Giles School International 50 il əvvəl Londonda qurulub. Hazırda St Giles Böyük Britaniyada, ABŞ və Braziliyada 7 mərkəzə malikdir. Hər il St Giles beynəlxalq məktəbləri 90-dan çox ölkədən 10 minə yaxın şagird qəbul edir.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.