ACS Cobham International School

    ACS Cobham Beynəlxalq Məktəbi, IB və Advanced Placement proqramları üzrə 30 illik təcrübəsi olan oğlan və qızlar üçün ən yaxşı məktəb – pansionlarından biridir. 50 hektar ərazidə yerləşən və Londondan cəmi otuz dəqiqəlik məsafədə yerləşən məktəb dünyanın 60-dan çox ölkəsindən şagirdləri qəbul etmək imkanına malikdir.

Tədris

Yaş: 2-18

Proqramlar: IB, Advanced  Placement və High School Diploma

Yerləşmə: Cobham, Surrey/ Böyük Britaniya

Təhsil haqqı: semestrlik £19 065 – 20 185

Məktəb haqqında

Məktəbin dostluq mühiti uşaqlara tanımadığı bir ölkədə daha asan uyğunlaşmağa və yeni dostlar yaratmağa kömək edir.

Məktəbin ən yeni avadanlıqla təchiz olunması şagirdlərə geniş imkanlar yaradır. Uşaqlar 25 metrlik hovuzdan, böyük idman zalından, qaçış treklərindən, qolf Meydanından, altı tennis kortundan istifadə edə bilərlər. Uşaqlar gözəl təchiz olunmuş yeməkxanada qidalanırlar.

Məktəbin reytinqi ildən-ilə artır. Tələbələr yekun imtahanlar üzrə yüksək nəticələr əldə edirlər. IB üzrə orta göstərici 33 bal təşkil edir. Tələbələrin 93% - dən çoxu bu nəticəni əldə edirlər. AP(Advanced Placement) tələbələrin 77% - i 3 qiymətin alırlar. Bu  məktəbin məzunları London, Kembric, Ekster, Bate, Oksford, King ' s College universitetlərində təhsil alırlar. Amerikada isə  tez-tez Boston, Kolumbiya, Çikaqo, nüfuzlu Yel və Harvard universitetlərini seçirlər. 2018-ci ildə IB-nin orta göstəricisi 31.7 bal təşkil edib, bu nəticə ölkə üzrə Top-40 ən yaxşı nəticələrə daxildir.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.