Berkhamsted School

    Akademik planda Böyük Britaniyanın ən güclü məktəblərindən biridir. O, ciddi qəbul  sisteminə sadiqdir və hər il yalnız ən savadlı xarici şagirdlərin məhdud sayını qəbul edir.

Tədris

Yaş: 3-18

Proqramlar: A-level

Yerləşmə: Hertfordşir qraflığının Berkhamsted şəhərciyi

Təhsil haqqı: Semestrlik £8920

Məktəb haqqında

Məktəb Hertfordşir qraflığının qədim Berkhamsted şəhərciyindədir və buradan Londona (qatarla 30 dəqiqə) və Hitrouya (avtomobillə 40 dəqiqə) çatmaq asandır.

Hələ 1541-ci ildə əsası qoyulmuş bu nüfuzlu məktəb xarici tələbələrə əla yaşayış şəraiti və qayğı göstərilməsini təmin edir. Məktəbin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, yuxarı sinif şagirdləri istirahət günləri üçün sərbəst qrafikə malikdirlər. Uşaqlar özləri nə edəcəyini seçə bilərlər.

Berkhamsted xarici tələbələrə A-level proqramı üzrə yüksək səviyyəli təhsillə təmin  edir. İngilis universitetlərinə qəbul olunmaq üçün lazım olan IELTS imtahanını vermək istəyən uşaqlara burada ayrıca ödəniş müqabilində əlavə İngilis dili dərsləri təklif olunur.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.