Buckswood School

    - United Kingdom, East Sussex

    - 1933-cü ildə təsis edilib

    - Təhsil haqqı 13000-28000 funt sterlinq

    - TOP 2 - Şərqi Sussexdə Altıncı Forma görə

Məktəb haqqında

1933-cü ildə Crawley yaxınlığında qurulan məktəb, valideynləri xaricdə olan uşaqlar üçün nəzərdə tutulmuş, xüsusi dil dərsləri ilə seçilməyə başlamışdır. Buckswood School valideynlərin övladlarını məktəbə göndərmək üçün etdikləri investisiyanın qarşılığında, valideynlərə uşaqların rifahı, akademik, sosial inkişafı üçün ümumi öhdəliklər təqdim edir. Təhsil müəssisəsi valideynlərin övladının təhsil müvəffəqiyyəti ilə həddən artıq qürur duymalarını, eyni zamanda Buckswood School-un bacarıqlarına tam inam və etimad göstərmələrini istəyir.

 

Buckswood School, Buckswood malikanəsinə baxan böyük panoramik pəncərələri və bəzəkli otaqları ilə seçilən bir məktəbdir. Buckswood təmtəraqlı şənlikləri və maraqlı tədbirləri ilə məşhurdur. Buradakı böyük zal asanlıqla bir akt salonundan epik Harry Potter şənliyinə, 007 James Bond oyunları və Milad xoru üçün konsert zalına çevrilən sehirli bir məkandır. Nəhəng Milad ağacları, həqiqi bir kaminlə xüsusən qış günlərində övladlarınıza nağıllardakı mənzərəni xatırladacaq.

Kampus

Buckswood School’da hal-hazırda 48 fərqli ölkədən 70 tələbə və üstəlik 200 yerli şagird təhsil alır. Məktəb həm qız, həm də oğlan şagirdləri qəbul edir. 10-19 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. Kampusda təklif olunan imkanlar arasında qapalı üzgüçülük hovuzu, professional futbol akademiyası, atçılıq klubları, reqbi akademiyası, basketbol meydançası, tennis kortları və səhnə sənət mərkəzi yer alır. Academically Buckswood, bütün xarici tələbələr üçün GCSE, IB diplomu və A-Level proqramları və tam EFL təhsil haqqı təklif edir.

Məktəbdə əsas fənlərlə yanaşı aşağıdakı dərslər də tədris olunur:

  • Art and design
  • Drama
  • Music

Yay məktəbi

Uşaqların və yeniyetmələrin yaylarını Buckswood Overseas Summer School UK (BOSS) -də niyə keçirtmək istədiklərini anlamaq çox asandır. Bura övladlarınız üçün bir ömür təcrübəsidir! Əlbətdə ki, dərslər son dərəcə vacibdir, lakin yeni fəaliyyətlər sınamaq və yeni yerləri ziyarət etmək həyəcanı, yeni dostluqların qurulması buranı tələbələrimiz üçün xüsusi bir təcrübə halına gətirir. Buckswood Overseas Summer School tələbələrin həyatlarını formalaşdırmağa kömək etməkdən qürur duyur və təcrübə ilə özünə inamı təşviq edərək, həyəcan, macəra ilə özlərinə meydan oxumağa, xoşbəxt bir mühitdə sosial və həyat bacarıqlarını inkişaf etdirməyə imkan verir. Buckswood School kampusu həyat və enerji ilə dolu inanılmaz bir yerdir!

 

Ünvan

Buckswood School, Broomham Hall, Guestling, East Sussex ,TN35 4LT

Mənimlə əlaqə saxlayın

Mesaj göndərərkən, şəxsi məlumatların emalına razılıq verirsiniz. Məxfiliyi tam təmin edirik.

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər