Farlington School

    • Zəngin tarixi və pedaqoji ənənələri olan qızlar üçün nüfuzlu təhsil ocağıdır.
    • Məktəb keyfiyyətli təhsil proqramları və şagirdin tərbiyəsi məsələlərində məsuliyyətli münasibət sayəsində Top-50 təhsil müəssisəsiləri siyahısına daxil olmuşdur.

Məktəbin üstünlükləri:

  • Yüksək səviyyəli təlim
  • Fərdi yanaşma: hər bir şagird unikal şəxsiyyəti təmsil edir
  • Məktəblilərin bütün qabiliyyətlərinin təkmilləşdirilməsinə diqqət yetirir
  • Dərsdənkənar proqramlar
  • Gözəl şərtlər: kiçik siniflər və dostluq mühiti
  • Məktəbdə xarici dillərin öyrənilməsinə diqqət yetirilir
  • Şagirdləri yüksək akademik nəticələrə malikdirlər və Britaniyanın aparıcı universitetlərinə daxil olurlar.

Tədris

Yaş: 8-18

Proqramlar: A-level, Cambridge Pre-U, Extended Project, GCSE, iGCSE

Yerləşmə: ‎ Horsham,  West Sussex qraflığı

Təhsil haqqı: trimestrlik £5400-17670

Məktəb haqqında

Təhsil müəssisəsi Londondan bir saatlıq məsafədə yerləşir və əlverişli mövqeyə malikdir — məktəbin yaxınlığında böyük tarixi mərkəzlər yerləşir.

Farlington School xristian ənənələrinə əsaslanan qızların yetişdirilməsi üçün ailə məktəbi kimi Haywards  Heath şəhərində 1896-cı ildə açılmışdır.Məktəb idmanla və yaradıcılıqla məşğul olmağın geniş seçimini təmin edir. İdmanın əsas növləri netbol, xokkey, yüngül atletika, üzgüçülük və tennisdir. Atçılıq da məktəbdə çox məşhurdur. Sözü gedən məktəb yerli idman klubları ilə sıx əlaqələr saxlayır. Həmçinin burada  musiqi təhsilinə böyük diqqət yetirir. Bundan başqa, uşaqlar təsviri incəsənət və teatr sənəti ilə də məşğuldurlar.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.