Yaş: 3-18
Proqramlar: A-level, GCSE
Yerləşmə: Salisbury, Wiltshire
Təhsil haqqı: trimestrlik £12400-12800
1726-cı ildə anglikan kilsəsinin keşişi Charles Godolfin və həyat yoldaşı Elizabeth tərəfindən anglikan kilsəsinin qulluqçularının qızlarını yetişdirmək üçün təsis edilib.
Godolphin School qonaqpərvərliyi, hər bir şagirdə qayğı və yüksək akademik tələbləri ilə məşhurdur, məqsədi isə təhsilli, özünə güvənən gənc qızlar hazırlamaqdır. Məktəb mütəmadi olaraq İndependent Schools Inspectorate (İSİ) komissiyası tərəfindən yoxlanılır, sonuncu yoxlama 2018-ci ildə həyata keçirilib. Yoxlamanın nəticələrinə görə məktəblərə irəli sürülən tədris prosesinin təşkili, məktəbə rəhbərlik, tədrisin keyfiyyəti və şagirdlərin təlimi, sağlamlıq, tərbiyə lazımi səviyyədə təmin edilməsi baxımından bütün standartlara cavab verir.
Sözü gedən məktəb haqqında müstəqil "The Good Schools Guide" adlı məlumat kitabında deyilir: "Bəzilərinə buradakı tədris sistemi mürəkkəb görünsə belə, yüksək akademik nəticələri sabit şəkildə nümayiş etdirən möhtəşəm bir məktəbdir ".
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.