Gresham’s School

    Bu,1555-ci ildə təsis olunan qız-oğlan birdə təlim keçən məktəb-pansiondur. Şimal Norfolk qraflığının  mənzərəli ərazisində yerləşən bu məktəb uşaqlara bir sakit və təhlükəsiz mühitlə təmin edir.  Norfolk sahilindən yalnız altı kilometr uzaqda yerləşir, lakin Londondan, Midlanddan və Şərqi İngiltərədən asanlıqla çatmaq olur.

Tədris

Yaş: 3-18(8 yaşdan pansionda qalmaq mümkündür)

Proqramlar: A-level, GCSE, birillik GCSE, IB, yay kursları(musiqi)

Yerləşmə: Holt, Norfolk, İngiltərə

Təhsil haqqı: illik £9 440

Məktəb haqqında

Artıq, demək olar ki, yarım minillik ərzində "Greshems" öz şagirdlərinə akademik və yaradıcılıq qabiliyyətlərini maksimum səmərəli istifadə etməyə kömək edir. Bu müddət ərzində onun məzunları arasında bəstəkar Benjamin Britten, ixtiraçı Ceyms Dayson, fizioloq və biofizik Alan Xockin kimi görkəmli insanlar var idi.

Sözügedən məktəb üç hissədən ibarətdir: yuxarı, aşağı siniflər və hazırlıq. Hər üçünün ortaq bir xüsusiyyəti  var — bu, akademik ciddilik hərtərəfli şəxsiyyət tərbiyəsinin birləşməsidir, lakin eyni zamanda onların hər birinin ayrı-ayrı öz xüsusiyyətləri var.

Orta məktəbə qəbul 8 yaşdan başlayır. Ardıcıl tədris planı sayəsində 13 yaşdan sonra yuxarı siniflərə keçid baş verir. Orta məktəb tələbələri üçün ənənəvi tədris proqram ilə yanaşı, A-level həm də IB proqramı təklif olunur, belə ki, hər bir uşaq özləri üçün ən uyğun seçimi edə bilər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.