Haberdashers’ Monmouth Schools

    2014-cü ildə öz 400 illik yubileyini qeyd edənlər gün və pansion təhsili olan aparıcı Britaniya məktəbləri sırasındadır.

Tədris

Yaş: 7-18

Proqramlar: A-level, Extended Project, GCSE, iGCSE, birillik GCSE, qısa müddətli akademik kurslar

Yerləşmə: Monmouth, Uels, Britaniya

Təhsil haqqı: £9924–£11 166

 

Məktəb haqqında

Məktəbin istedadlı, bacarıqlı şəxsiyyətlərinin növbəti nəsillərini tərbiyə etməyə davam etmək imkanı naminə yeni, super-müasir avadanlıqlara sərmayə qoyurlar.

Keçmiş şagirdlər arasında Olimpiya mükafatçıları, sənaye maqnatları, dünya şöhrətli alimlər, aktyorlar, jurnalistlər, musiqiçilər və sahibkarlar var. Bu il Tatler Schools Guide məktəb kitabçası qeyd edib ki, "qiymət – keyfiyyət" nisbətinə görə sözü gedən məktəb ölkənin ən yaxşı məktəblərindən biridir.

Bu məktəb "Sandi Times" qəzetinə əsasən  Böyük Britaniyada həyat üçün ən yaxşı yerlər arasında səkkizinci yeri olan Monmut şəhərində, Uay çayının  mənzərəli vadisində yerləşir. Uay kanoe və kayaklarda avarçəkmə üçün ideal, və yaxınlıqda yerləşən Din meşəsi – at gəzintiləri və velosiped sürmək üçün əla yerdir.

Son on il ərzində məktəbdə  irimiqyaslı investisiya proqramı həyata keçirilib ki, bu da təhsil ocaqlarının əla maddi baza ilə təmin olunmasına imkan verib. Bu gün burada şagirdlər üçün müasir siniflər, elmi və dil laboratoriyaları, teatrlar, dram studiyaları, idman zalları, süni ot örtüklü idman meydançaları, 20 hektardan çox idman meydançası mövcuddur.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.