Hurtwood House

    Bu, xüsusi məktəb pansionu 2018-ci ildə təsis olub. O, yalnız 16-18 yaşlı yuxarı sinif şagirdlərinin tədrisində ixtisaslaşır.

Tədris

Yaş: 16-19

Proqramlar: A-level, yay kursları

Yerləşmə: Dorking, Surrey, England

Təhsil haqqı: £13 485

 

Məktəb haqqında

Şagird 16 yaşında məktəb dəyişdikdə, yeni və parlaq imkanlar dünyası qarşısında şıxır və bu təcrübə onun üçün məktəb həyatından universitet həyatına keçən bir tramplin olur. Yeni, parlaq və dinamik məktəbdir, lakin ən əsası onun təhsilə  son dərəcə yaradıcı yanaşması var: burada aktyorluq sənətinin, bədii və musiqi istedadlarının inkişafı üçün gözəl imkanlar təklif olunur.

Tədris proqramına A-level proqramı üzrə məşğələlər üçün fənlərin geniş seçimi, o cümlədən riyaziyyat, təbiət elmləri, xarici dillər, iqtisadiyyat, həmçinin bədii və yaradıcılıq fənlərinin geniş seçimi daxildir.

Son üç il ərzində Böyük Britaniyanın birgə təhsil verən məktəb-pansionları arasında bu məktəb iki dəfə birinci yeri tutmuşdur. A-level imtahanlarında qiymətləndirmələrin orta hesabla 89% – i "əla" və "yaxşı" (A, B) idi.

Sözügedən məktəbdə aktyorluq məharəti, incəsənət və jurnalistika sənətinin tədrisi çox yüksək səviyyədədir və demək olar ki, onun heç bir tayı-bərabəri yoxdur. Məktəb yeni başlayan aktyorlar, rejissorlar, musiqiçilər və dizaynerlər üçün gözəl şərait yaradır.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.