John Leggott College

    Bu, yuxarı sinif şagirdləri üçün dövlət tərəfindən maliyyələşdirilən təhsil ocağıdır. 1968-ci ildə əsası qoyulmuş bu məktəb ölkədə bu tipdə olan ilk müəssisələrindən birinə çevrilmişdir.

Tədris

Yaş: 16-19

Proqramlar: A-level

Yerləşmə: Scunthorpe, North Lincolnshire, England

Təhsil haqqı: £7500

Məktəb haqqında

Ümumilikdə burada 2300 oğlan və qızlar təhsil alır, onlardan 125 — si əcnəbilərdir, o cümlədən ÇXR, Honq Konq, Rusiya, Vyetnam və Qazaxıstandan olan uşaqlardır. Şagirdlərin yaşı 16-dan 19-a qədərdir. Onların əksəriyyəti kollecdə seçmələri olduğu üçün 42 fənnin təklif olunduğu A-level proqramını izləyir. Məktəb İngiltərənin şimal - şərq hissəsində yerləşən Skantorp şəhərində yerləşir.

Məktəb artıq 15 ildir ki, xaricdən şagirdləri qəbul edir və onlara qayğı ən yüksək səviyyədədir.

Kollec musiqi və idman daxil olmaqla məktəbdənkənar dərslərin geniş çeşidini təklif edir. Məktəbin şəhərciyi ərazisində 850-dən çox kompüter, İT mərkəzi, internet-kafe və WI-FI şagirdlərin xidmətindədir. Digər məsələlərlə yanaşı, resurs mərkəzi, elmi laboratoriyalar, geniş kitabxana, rəqs studiyası, art-studiya, idman meydançası, idman zalı və basketbol və digər oyunlar üçün meydançaların olduğun qeyd etmək lazımdır.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.