London, Böyük Britaniya
2020-ci ildə təsis edilib
Təhsil haqqı: illik 8200 £ başlayır
Top 40 UK School for progress - Best Sixth Form
Kensington Park School, Londonun mərkəzində dinamik və stimullaşdırıcı bir mühitdə yerləşən qabaqcıl bir məktəbdir. Təhsil müəssisəsi 11-18 yaş arası şagirdlər üçün nəzərdə tutulsa da, 7-11 yaş arası uşaqlar üçün də məktəbəqədər proqramlar mövcuddur. Məktəb kiçik sinif otaqlarına, müasir və texnologiya baxımından zəngin tədris səviyyəsinə malikdir. Dərslər ingilis dilində tədris olunur, bu da öz növbəsində övladlarınızın dil biliklərinin mükəmməl olmasına gətirib çıxarır. KPS, öz ixtisasları üzrə fərqlənən müəllimlərə sahib olmaqla yanaşı, tələbələrə geniş təhsil təcrübəsi sayəsində müxtəlif sosial və mədəni maraqları inkişaf etdirərək bir çox idman və birgə fəaliyyətdə bacarıqlı olmaq imkanı verir.
Lower School - 7, 8 və ya 9-cu siniflərdə Lower School daxil olan şagirdlər ingilis dili, riyaziyyat,humanitar elmlər, müasir xarici dillər (Çin daxil olmaqla), coğrafiya, tarix, klassik sivilizasiya və dini araşdırmaların yanında sənət, dizaynını da əhatə edən geniş tədris proqramını öyrənirlər.
Sixth Form - 9, 10 və 11-ci siniflərdə təhsil almaq üçün GCSE fənləri seçilir. GCSE imtahanlarını bitirdikdən sonra, tələbələr A-Səviyyə proqramında mövzu seçimlərini daha da daraltdıqları Sixth Form təhsillərini davam edirlər.
KPS aşağıdakı məqsədlər əsasında çalışır:
Fərdi qiymətləndirmə
İntellektual maraq və yaradıcılığa təşviq edən və müstəqil öyrənmə sevgisini inkişaf etdirən müasir tədris proqramı təqdim edir
Müasir cəmiyyətin problemlərinə uyğun olaraq tələbələrin öz potensiallarını həyata keçirmələrini təmin edən pastoral qulluq
Fərdi inkişaf, komanda işi və liderlik üçün imkanlar yaradan stimullaşdırıcı bir sıra tədris fəaliyyətləri təklif edilir
Tələbələri müasir iş yerinin və qlobal iqtisadiyyatın problemlərini həll etmək üçün xüsusi texloji alətlərlə təchizi.
Məktəbin Kensington Gardens istiqamətində iki kampusu mövcuddur.
KPS Lower School Kensington Gardens’ın şimal tərəfindəki Bark Place-də yerləşir və 11 ilə 16 yaş arası şagirdlər üçün uygundur.
KPS Sixth Form isə 16 ilə 18 yaş arası tələbələr üçün nəzərdə tutulub, Queen’s Gate’in cənubunda yerləşir.
10-cu və daha yuxarı sinif şagirdləri, şagirdlərimizin təhlükəsizliyini və dəstəyini təmin edən mükəmməl bir pastoral qrupla birlikdə ən müasir, mərkəzdə yerləşən hostelimiz olan Princess Beatrice House’da qalmaq imkanına sahibdirlər.
Lower School, 40-44 Bark Place, Bayswater W2 4AT
Sixth Form, 59 Queen’s Gate, South Kensington SW7 5JP
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.