Kilgraston School

    • Bu, 3-18 yaşlı qızlar və 3-5 yaşlı oğlanlar üçün müstəqil, özəl məktəbdir.
    • Məktəbdə olan oğlanlar yalnız gündüz təhsil alırlar, qızlar üçün isə məktəbdə gündəlik  və pansion forması  təklif edilir.

Tədris

Yaş: 3-18

Proqramlar: Highers, Advanced Highers, A-level (yalnız incəsənət və dizayn), Standard Grade, yay kursları

Yerləşmə: Bridge of Earn, Perthshire qraflığı/Şotlandiya

Təhsil haqqı: bir ilə £10890—18180

Məktəb haqqında

Məktəb Edinburqdakı oğlanlar üçün Merchiston Castle School ilə sıx əlaqə saxlayır və tez-tez birgə sosial tədbirlər təşkil edir.

Burada musiqi və incəsənət klubları, xokkey, tennis və üzgüçülük akademiyaları inkişaf edir və hətta  öz ahırları və at sürmə mərkəzi ilə Şotlandiyanın yeganə məktəbidir.  Kilgraston School-da təhsil Şotland təhsil sistemi (Scottish curriculum) üzrə aparılır. Məktəb mütəmadi olaraq Şotlandiya məktəbləri arasında akademik nəticələrinə görə  liderlik edir.

Məktəb 4 hissəyə bölünür: uşaq bağçası (3-5 yaş), hazırlıq məktəbi (5-13 yaş), yuxarı məktəb (13-16 yaş) və Sixth Form.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.