King William’s College

    Sözügedən təhsil ocağı dənizin kənarında, mənzərəli Men adasında yerləşən birgə tədris sistemi olan bir məkandır.

Tədris

Yaş: 11-18

Proqramlar: IB, GCSE, iGCSE, birillik GCSE, Pre-IB, məktəb-pansiona hazırlıq, yay kursları

Yerləşmə: Castletown, Isle of Man

Təhsil haqqı: illik £8 962 – £10 812

Məktəb haqqında

Müstəqil məktəbdir, yəni hökumətdən maliyyə cəhətdən asılı olmayaraq təhsil ocağıdır. Kollec ingilis kralı Vilhelm IV adına layiq görülmüşdür. Burada 11 yaşından 18 yaşınadək oğlan və qızlar təhsil ala bilərlər.

Burada GCSE proqramı çərçivəsində geniş çeşidli fənlər təklif olunur, şagirdlərin uğurları daim yüksək səviyyədə saxlanılır və ölkə üzrə orta göstəricilərdən qat-qat çoxdur.

Son iki sinifin (Sixth Form) bütün şagirdləri IB proqramı ilə məşğul olurlar və onların orta hesabla 95% - dən çoxu diplom alırlar. Məktəbdə bir illik Pre-IB hazırlıq kursu da mövcuddur.

Məktəb təchizatı daim yenilənir. Bütün yuxarı sinif şagirdləri otaqlarda bir və ya iki nəfər yaşayır. Məktəb şəhərciyinin ərazisində iki iqamətgah, biri oğlanlar üçün, biri qızlar üçün.

Kollec təsviri incəsənət, dram və musiqi sahəsində çox sanballı nüfuza malikdir. Məktəbdə idmanla məşğul olmaq üçün lazım olan hər şey var- otüstü xokkey, reqbi, futbol, qolf, yüngül atletika və bir çox digər idman növləri üzrə komandalar fəaliyyət göstərir. Bundan əlavə, məktəblilər hətta Edinburq Duke mükafatı müsabiqələrində iştirak edə bilərlər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.