Kingsley School, Bideford

    Məktəb, Torridge çayının sahillərində, Devon mahalının şimalında yerləşən mənzərəli Baydford şəhərində yerləşir.

Tədris

Yaş: 3-18

Proqramlar: A-level, GCSE

Yerləşmə: Northdown Rd, Bideford , Böyük Britaniya

Təhsil haqqı: illik £7850

Məktəb haqqında

Məktəb təbiətin gözəl adacıqları ilə əhatə olunmuşdur, oradan sörfçülər arasında çox məşhur olan çimərliklərə yalnız iki kilometrdir.

 Kingsley`nin qapıları 3 yaşından 18 yaşınadək oğlan və qızlar, o cümlədən 11 yaşından 18 yaşınadək xaricdən olan şagirdlər üçün açıqdır. Britaniyalılarla yanaşı, burada İraq, Rusiya, Fransa, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa, Çin, Honq Konq, Tailand, həmçinin Tayvan və Yaxın Şərqdən olan uşaqlar təhsil alırlar. Məktəb istənilən qabiliyyətə malik şagirdləri qəbul edir.

Məktəbin balaca olmağına baxmayaraq, orada böyük bir ailə mühiti hökm sürür və burada hamı bir-birini yaxşı tanıyır. Əlavə etmək lazımdır ki, məktəbin fəlsəfəsinə görə, uşaqlara burada cəsarət, alicənablıq, dürüstlük, fantaziya, dözümlülük və xeyirxahlıq kimi keyfiyyətləri aşılamağa çalışırlar. Bundan başqa, məktəb şagirdlərin idmanda, musiqidə, təsviri və dram incəsənətində bacarıqlarının inkişafına fəal kömək edir.

Məktəbin əsas güclü cəhətləri riyaziyyat, təbiət elmləri və coğrafiyanın, həmçinin musiqi və teatr sənətinin tədrisidir – bu məşğələlər üçün 400 yerlik xüsusi olaraq layihələndirilmiş məktəb Teatrından istifadə olunur.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.