Loretto School

    Şotlandiyanın ən qədim məktəb-pansionu kimi, öz ənənələrinə ciddi riayət edir. O, Edinburq yaxınlığında 34 hektar ərazini əhatə edir. "Loretto" həm gündüz, həm də pansion təlimini təklif edir və şotland məktəbləri arasında lider hesab olunur. 600-dən çox oğlan və qız 3 yaşından 18 yaşınadək burada hərtərəfli təhsil alır.

Tədris

Yaş: 3-18

Proqramlar: A-level, birillik A-level ,GCSE, birillik GCSE , iGCSE

Yerləşmə: Edinburgh, Scotland

Təhsil haqqı: illik £9530

Məktəb haqqında

Uşaqlar GCSE və A-level proqramlarını keçirlər və məzunların 97% - i əvvəlcə seçdikləri universitetlərə daxil olurlar. 2012-ci ildə "Loretto" nun yetirmələri Kembric Universiteti, London İmperiya və Universitet kollecləri, Sent-Endrüs Universiteti və s. kimi nüfuzlu ali məktəblərə qəbul olublar.

Uşaqların dərsdəki uğurlarına sinifdə az sayda şagird, dünya səviyyəli dəvət olunmuş natiqlərin iştirakı ilə müntəzəm mühazirələr, eləcə də istedadlı uşaqları stimullaşdırmaq və bütün şagirdlərin yeni fənlərin öyrənməsində öz qüvvələrini sınamağa ruhlandırmaq üçün nəzərdə tutulan əlavə məşğələlər az deyil. Məktəbə qəbul İngilis dili və riyaziyyat, müsahibə və əvvəlki məktəblərdən gələn hesabatlarının nəzərdən keçirilməsi üzrə imtahanların nəticələrinə əsasən həyata keçirilir.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.