Merchiston Castle School

    • Bu, 1833-də təsis olunan 8-18 yaşa qədər olan oğlanlar üçün Şotlandiyada yerləşən yeganə məktəb pansionudur.
    • 2011 və 2012-ci illərdə Merchiston Castle A-level imtahanlarının nəticələrinə görə Şotlandiyada ən yaxşı məktəb adına layiq görülmüşdür.

Tədris

Proqramlar: A-level, birinci il A-level, IB, GCSE, birillik GCSE, məktəb-pansionda təhsil almaq üçün hazırlıq, yay kursları

Yerləşmə: ‎ Edinburgh

Təhsil haqqı: trimestrlik £5690–8885

Məktəb haqqında

Məktəbin administrasiyası əmindir ki, bu uğur oğlanların digər oğlanlarla birlikdə təhsil almağıynan izah olunur; həm akademik nəticələrin, həm də onların özünə qiymət verməklərinin və ümumi rifahının xeyrinədir.

Məktəb Avropanın ən mühüm tarixi və mədəniyyət mərkəzlərindən biri olan Edinburqdan cəmi altı kilometr uzaqlıqdakı Pentland təpələri üçün fon kimi xidmət edən gözəl park ərazisində yerləşir. Buradan  Edinburq Beynəlxalq Hava limanına və mərkəzi dəmir yolu stansiyasına 12 dəqiqə ərzində çatmaq mümkündür.

Məktəb GCSE və A-level klassik proqramları üzrə təlim təklif edir.  Burada təhsil standartları çox yüksəkdir, şagird və müəllimlərin nisbəti isə 9:1 təşkil edir ki, bu da müəllimlərə hər bir oğlana diqqət yetirməyə imkan verir. Akademik nəticələr sadəcə heyrətləndiricidir –2012-ci ildə uşaqların 81% – i A-level imtahanlarında ən yüksək qiyməti alıblar və 68% - i Oksford və Kembric də daxil olmaqla, ilk seçdikləri universitetlərə daxil olmuşdur.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.