Read School

    3 – 18 yaşında qızlar və oğlanlar üçün birgə təlim proqramı olan özəl  məktəbdir. Məktəb Selby şəhəri yaxınlığındakı Drax kəndində, North Yorkshire qraflığında yerləşir.

Tədris

Yaş: 7-18

Proqramlar: A-level, GCSE

Yerləşmə: Drax, Yorkshire qraflığı

 Təhsil haqqı: semestrlik  £ 8667-12705

Məktəb haqqında

Leeds Bradford  və Manchester  beynəlxalq hava limanlarına 49 km və 109 km məsafədə yerləşir. Londona qədər səyahət vaxtı 3,5 saatdır.

Məktəb 1667-ci ildə ingilis tacir və xeyriyyəçi Charles Read tərəfindən oğlanlar üçüntəsis olunmuşdur. 1996-cı ildən qızların təhsil alması üçün qəbul başladı və ibtidai siniflər yaradıldı.

Tədris proqramı beynəlxalq təlimin bütün qabaqcıl tələbləri ilə İngilis tərbiyəsinin ən yaxşı ənənələrini özündə birləşdirir. Şagirdlər innovativ texnologiyalar və müasir proqramların tətbiqi ilə hərtərəfli təhsil alırlar. Tələbələr bütün fənnlər üzrə yaxşı biliklər əldə edirlər, onların bir çoxu isə balanslaşdırılmış tədris sistemi sayəsində əla nəticələrə nail olurlar. Şagirdlər üçün səmərəli təhsil və istirahət üçün hər cür şərait yaradılmışdır. 2009-cu ilin yanvar ayının əvvəlində İncəsənət Mərkəzi açılmışdır. 2010-cu ilin yayında elmi laboratoriyaların yenidən qurulması proqramı başa çatdırılmış, 2011-ci ildə idman zalının, hovuzun, eləcə də tədris binalarının və siniflərin irimiqyaslı yeniləşdirilməsi həyata keçirilmişdir.

Oğlanlar üçün əsas idman reqbi, futbol və kriketdir, xokkey və Netbol isə qızlar üçündür. Xokkey və reqbi üzrə komandalar regional və milli yarışlarda uğur qazanıblar.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.