Roedean School

    • 11-18 yaşında qızlar üçün müstəqil özəl məktəb.
    • Məktəb gündüz və pansion təlim forması təklif edir.
    • Roedean School yüksək akademik göstəriciləri və parlaq nəticələri olan Böyük Britaniyada qızlar üçün ən məşhur məktəblərdən biri hesab olunur.

Tədris

Yaş: 11-18

Proqramlar: Pre A-Level, A-level, GCSE, Sixth Form`a hazırlıq üçün bir illik kurs

Yerləşmə: Brighton, East Sussex qraflığı / Böyük Britaniya

Təhsil haqqı: trimestrlik £9780–10870

Məktəb haqqında

Mövcud olduğu ilk illərdən məktəb tədrisin, xüsusilə riyaziyyat və təbiət elmlərinin yüksək səviyyəsi ilə məşhurdur. Öz işinə sadiq olan müəllimlərin işi və yaxşı resurs bazası sayəsində məktəbi bitirən qızların əksəriyyəti Oksford, Kembric və London universitet kollecləri də daxil olmaqla ən yaxşı universitetlərə daxil olurlar.

Sözügedən məktəb müntəzəm olaraq Independent Schools Inspectorate Komissiyası (ISI) tərəfindən yoxlanılır, sonuncu yoxlama 2019-cu ildə həyata keçirilmişdir. Yoxlamanın nəticələrinə görə məktəblərə irəli sürülən tədris prosesinin təşkili, məktəbə rəhbərlik, tədrisin keyfiyyəti və şagirdlərin təlim, sağlamlıq, tərbiyə səviyyəsinin lazımi səviyyədə təmin edilməsi baxımından bütün standartlara cavab verir.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.