Sedbergh School

    Oğlanlar və qızlar üçün olan bu məktəb-pansionu 1525-ci ildə yaradılıb. Burada təxminən 4 yaşından 18 yaşınadək 660 şagird təhsil alır və onların əksəriyyəti məktəbdə yaşayır.

Tədris

Yaş: 4-18

Proqramlar: A-level, GCSE, iGCSE

Yerləşmə: Sedbergh ,North West England

Təhsil haqqı: semestrlik £6779–9734

Məktəb haqqında

Uşaqlar məktəbdə 24 saat, həftədə 7 gün qalırlar və bu 7 günün 6sı dərs günləridir. Onlar məhsuldar işlə daim məşğul olduqlarına görə darıxmağa vaxt tapmırlar.

Məktəbdə həkim, tibb bacısı və psixoterapevtlərin fəaliyyət göstərdiyi öz tibb mərkəzi var. Ona görə də hər bir uşaq istənilən vaxt ona lazım olan tibbi yardım ala bilər.

Məktəbin İngiltərənin ən gözəl rayonlarından birində yerləşməsi sayəsində onun şagirdləri açıq havada sinifdənkənar fəaliyyətin istənilən növləri ilə məşğul ola, eləcə də idman proqramlarında iştirak edə bilərlər. Fərdi yanaşma və ayrı-ayrı məşğələlər təhsilin istənilən sahəsində:musiqi, ingilis, xarici dillər və idman da son dərəcə vacibdir.

Əslində, Sedbergh şagirdlərinin 100%-i A-level və GCSE imtahanlarını uğurla verir. Bütün məzunlar seçdikləri universitetlərə daxil olur və ya vaxtlarını könüllü fəaliyyətinə həsr etmək üçün "pulsuz il" alırlar və s. Hər il bir neçə məzun Oxford və Cambridge-ə daxil olur.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.