Shiplake Сollege Henley-on-Thames mərkəzindən 3 kilometrlik aralıda geniş ərazini əhatə edir. Bu cəlbedici şəhərcik Kral Reqatı – akademik avarçəkmə yarışı ilə məşhurdur.
Təhsil müəssisəsinin texnikaları son standartlara cavab verməsinə baxmayaraq, burada, təxminən, yarım əsr bundan əvvəl mövcud olmuş dəbdəbəli qədim malikanənin ab-havası qorunub saxlanılmışdır.
Əvvəlcə məktəb yalnız oğlanlar üçün nəzərdə tutulmuşdu, bu gün isə həm 11 yaşından 18 yaşınadək oğlanları, həm də yuxarı məktəbə daxil olan qızları qonaqpərvərliklə qəbul edir. Burada uşağınızın öz istedadlarını maksimum dərəcədə ortaya qoymasına kömək edəcək qayğı, diqqət və fərdi yanaşma mövcuddur.
Məktəb əla idman təchizatı ilə fərqlənir ki, bu da uşaqlara idmanın müxtəlif növləri ilə məşğul olmağa imkan verir: futbol, basketbol, voleybol, yüngül və ağır atletika, tennis, reqbi, avarçəkmə, raftinq və s.
Yaş: 11-18( qızlar yalnız 16 yaşdan)
Proqramlar: A-level, GCSE, BTEC
Yerləşmə: Henley-on-Thames, Oxfordshire
Təhsil haqqı: semestrlik £9,990
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.