1568-ci ildə kraliça I Yelizavetanın hakimiyyəti dövründə qurulan kollec, bu gün ölkənin ən qədim katolik məktəbidir.
11 yaşdan böyük olan məktəblilər yaşayış yerlərində otaqlarda iki nəfər yaşayır. 16 yaş və yuxarıtələbələr, A-level proqramı üzrə təhsil alan və universitetə daxil olmağa hazırlaşan şagirdlər ayrı-ayrı otaqlarda yaşayırlar.
Burada onlar öz potensialını üzə çıxarmaq, bacarıqlarını inkişaf etdirmək və yüksək akademik nəticələrə nail olmaq imkanı əldə edirlər. Əsas mənəvi dəyərlər şəfqət və səbir hesab olunur. Məktəbdə tələbələr yalnız fundamental biliklər qazanmaqla yanaşı, müasir insanpərvər cəmiyyətdə yaşamaq üçün vacib sosial bacarıqlar da əldə edirlər.
Təhsil prosesinin uğuru, o cümlədən texniki təchizatla təmin edilir. Məktəb mükəmməl təchiz olunmuş auditoriyalara, müasir laboratoriyalara, bir neçə kompyuter sinifinə, elektron resurslarla işləmək üçün kompyuter zalına, linqvosentrə malik kitabxanaya malikdir. Həmçinin məktəbdə öz tibb mərkəzi var. İdman infrastrukturu bir neçə zal,meydan və komanda oyunları üçün meydançalar, tennis kortları olan komplekslə təmsil olunur. Tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün dərnəklər də mövcuddur.
Yaş: 3-18
Proqramlar: A-level, IB, GCSE, yay kursları
Yerləşmə: Cambridge / Böyük Britaniya
Təhsil haqqı: semestrlik £8836
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.