St Francis’ College

    • 1933-cü ildə əsası qoyulmuş 3 yaşından 18 yaşınadək qızlar üçün və ənənəvi Britaniya prinsiplərinə əsaslanan müasir təhsil təklif edən İngilis dilli məktəbdir.
    • Kollec London mərkəzindən qatarla yarım saat, Lyuton hava limanından 20 dəqiqə və Hitrou ' dan bir saatdan az  məsafədə  yerləşir.

Tədris

Yaş: 3-18

Proqramlar: A-level, GCSE

Yerləşmə: Letchworth Garden City, Hertfordshire qraflığı / Böyük Britaniya

Təhsil haqqı: trimestrlik £8065

Məktəb haqqında

Kollec qızlar üçün Roma-Katolik məktəbi kimi 1933-cü ildə təsis edilib. Bizim dövrümüzdə Katolik Kilsəsi məktəblərdə üstün təsirini itirdiyinə görə artıq katolik sayılmır.

Hər bir qızı akademik, mənəvi və fiziki cəhətdən inkişaf etdirməyə çalışırlar. Digər məsələlərlə yanaşı, liderlik xüsusiyyətlərinin inkişafına, davranışlarına və ictimaiyyətdə davranma qabiliyyətinə xüsusi diqqət yetirilir, şagirdlər tez-tez böyük auditoriya qarşısında məruzələrlə çıxış edir və kütləvi konfranslarda iştirak edirlər.

Məktəb mütəmadi olaraq İndependent Schools Inspectorate (İSİ) Komissiyası tərəfindən yoxlanılır, sonuncu yoxlama 2017-ci ildə həyata keçirilib. Yoxlamanın nəticələrinə görə məktəblərə irəli sürülən tədris prosesinin təşkili, məktəbə rəhbərlik, tədrisin keyfiyyəti və şagirdlərin təlim, sağlamlıq, tərbiyə səviyyəsinin lazımi səviyyədə təmin edilməsi baxımından bütün standartlara cavab verir.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.