Stamford Endowed Schools

    Stamford kiçik, orta və yuxarı məktəb, Stamford Endowed Schools adı altında birləşərək, 2-18 yaşa qədər oğlan və qızlar üçün tam dövrü təhsil xidmətləri təklif edir.

Tədris

Yaş: 2-18

Proqramlar: qısamüddətli akademik kurslar, A-level, GCSE, iGCSE, BTEC

Yerləşmə: Lester, B.Britaniya

Təhsil haqqı: semestrlik £8809

Məktəb haqqında

Hər üç məktəb sağlam, aktiv və xoşbəxt uşaqlar yetişdirməyə çalışır: şagirdlərdə təhsil və özünü inkişaf etdirmək, yeni biliklər, intizamlılıq və özünə inam həvəsi tərbiyə olunur. Təcrübəli, ixtisaslı müəllimlər, tərbiyəçilər, təlimatçılar uşaqlara daim daha çox can atmağa, qarşıya qoyulmuş məqsədlərə nail olmağa və yeniləri ilə qarşılaşmağa kömək edirlər. Məktəblərdə çoxlu sayda dərnəklər, bölmələr və fakültativ məşğələlər işləyir: demək olar ki, hər bir uşaq ən azı 1 musiqi alətində ifa edir. Burada həmşinin idman ənənələri güclüdür, əsas da reqbidə- komanda milli və regional yarışlarda mütəmadi olaraq qalib gəlir.

Məktəblərin kampusları Linkoln qraflığının kiçik bir şəhərində, Londondan təxminən iki saatlıq məsafədə yerləşir: məhz Stamford 2014-cü ildə Böyük Britaniyada yaşamaq üçün ən yaxşı şəhər adlandırılmışdır.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.